Sumqayit.tv xəbər verir ki, dünən gecə saat 11-12 radələrində 12-ci mikrorayonda “Qaçqınlar şəhərciyi” adlanan yaşayış binasında yanğın hadisəsi baş verib. Belə ki, yanğın 12B saylı binanın 9-cu mərtəbəsində qeydə alınıb. Əraziyə dərhal FHN-nin yanğınsöndürən maşınları cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
4-12-2022, 18:00
347