Sumqayıtda avtomobillə piyadanı vurub hadisə yerindən qaçan sürücü 1 il sonra saxlanıldı.Bu barədə
Sumqayit.tv-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 5-i saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini Z.Mürsəlova müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Volvo” markalı yük avtomobili ilə törədilməsi müəyyən olunub.
Həmin avtomobilin sürücüsü, Masallı rayon sakini Səməd Məlikov əməliyyat nəticəsində saxlanılıb.
Araşdırma aparılır.