Sumqayıtda üç dəfə məhkumluq həyatı yaşayan şəxs tanışını öldürüb


Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov münaqişə zəminində Daşqın Hüseynovu qətlə yetirib.
Sumqayit.tv-in məlumatına görə, hadisə Sumqayıt şəhərinin 21-ci məhəllə ərazisində baş verib. 
Belə ki, cinayəti törətməkdə şübhəli bilinən Rafiq Nərimanov polis əməkdaşları tərəfindən saxlanılıb və dindirilərkən törətdiyi əməli etiraf edib.
Dindirilmə zamanı R.Nərimanov Daşqın Hüseynovu uşaqlıq illərindən tanıdığını və eyni məhəllədə yaşadıqlarını deyib. "Hadisə baş verən günü məhəllədə Vüsalla söhbət edirdim Daşqında gəlib bizə yaxınlaşdı. Hərəkətlərindən bildim ki, sərxoşdu. Mən Vüsalnan onun yanından aralaşdım. Bu vaxtı Daşqın yerdən daş götürüb bizə tərəf atdı gəldi mənim ayağıma dəydi".
Rafiq Nərimanov ifadəsinin davamında bildirib ki, Daşqının hərəkətindən qəzəblənərək onun üzərinə gedib sifətinə yumruq atıb. Hüseynov yenidən ağır ifadələr işlətdiyindən yerdən götürdüyü içki qabı ilə onun baş nahiyyəsinə zərbələr vurub. 

Bir neçə gündən sonra məhəllədə qonşulardan Daşqının öldüyünü eşidib. 
Rafiq qeyd edib ki, mübahisəyə Daşqının onu söyüşlərlə təhqir etməsi səbəb olub.
Məhkəmə prosesi zamanı Rafiq Nərimanov ittiham üzrə özünü təqsirli bilib. 
Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin CM-nin 126.3-cü( qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.
Sonda məhkəmənin hökmü ilə Rafiq Nərimanov 9 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Rafiq Nərimanov 2009, 2010 və 2017-ci illərdə üzərində narkotik vasitə aşkar edildiyindən məhkəmluq həyatı yaşayıb.

13-12-2022, 15:05 142

Digər xəbərlər

Sumqayıtda sakinlər metaləritmə zavodundan şikayətçidirlər: "Havanı zəhərləyir" - FOTO

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 21:20
Bu gün, 16:36
Bu gün, 16:12
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
1 2 3 4 5 6 7 8 9 10 ... 1068