Sumqayit.tv dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirQoç - Peşəkar fəaliyyət sahənizlə yanaşı, fərdi yaşamınıza da təsir edə biləcək məlumat alacaqsınız. Xırda detallarla təfərrüatlara fikir verin. Önəmli məsələləri nəzərdən qaçırmayın.
Günün ikinci yarısında yaxşı məsləhət alacaqsınız. Bununla belə, işgüzar tərəfdaşınızla münasibətlərdə sərinlik yarana bilər.
Axşam saatlarını dostlar və əzizlərinizlə birlikdə keçirin. Yeni tanışlarla ehtiyatlı olun. Yad adamla bağlı ilkin təəssüratın bəzən yanlış olduğunu unutmayın.
Buğa - İşgüzar tərəfdaşlar və həmkarlarla münasibətlərdəki problemləri aradan qaldırmaq üçün səy göstərin. İndiyədək barəsində danışılmayan, daha doğrusu, gündəmə gətirilməyən problemlər həllini tələb edir. İradlarınızda təmkinli olun.
Günün ikinci yarısında soyuqqanlı davranın, tənqidi təhqirə çevirməyin. Saatlar keçdikcə situasiya daha sakit və xoş olacaq. Ev işlərini görməyə başlayanda qüvvə və potensialınızı dürüst qiymətləndirin. Özünüzdən bədgüman olmamaqla yanaşı, "Supermenlik sindromu"na da tutulmayın.
İfrat yorğunluq səhhətinizdə problemlər yarada bilər.
Əkizlər - Əlverişli, yaxşı gündür. Enerji potensialınızın səviyyəsi az deyil. Amma ehtiyatı əldən verməyin, sərvaxt olun. Mobil rabitədə və ya internetdə problemlər istisna deyil.
İşlər səliqəli yanaşma tələb edir.
Günün ikinci yarısında eqoist məqamlar dostlar və ya yaxınlarınızla ünsiyyətdə problemlər yaradacaq. Uzunmüddətli münasibətləri planlaşdırıbsınızsa, qəti qərar verməyə tələsməyin.
Axşam saatlarında yolda çox vaxt keçirməyin.
Xərçəng - Hüquqi məsələlərin həllini təxirə salın. Məmurlar, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət üçün o qədər də əlverişli zaman deyil. Bələd olmadığınız adamlara etibar etməyin. Mövqeyinizi müdafiə edin, geri çəkilməyin.
Günün ikinci yarısında yaxınlarınızla nəzakətli və təmkinli olun. Bu minvalla münaqişə və ya qarşıdurmanı önləyə bilərsiniz. Müəyyən şərtlərin, situasiyanın sevdiyiniz insanla təmaslara təsir etməsi istisna deyil.
Şir - Sabiq tərəfdaşlarla əlaqələri bərpa etmək mümkündür. Yeni tanışlarla danışıqlarda ehtiyatlı olun. Maliyyə məsələlərində sayıq davranın, məntiqli qərarlar verin.
Günün ikinci yarısında ehtiyatsız kəlmə və ya irad münaqişə yarada bilər. Axşam saatlarına yaxın formalaşacaq problemlərin səbəbləri ilə məğzini arayın. Sevdiyiniz insanla ünsiyyətdə ötənlərdə neqativ reaksiya yaratmış məsələləri xatırlamayın. Yaraların qaysağını qoparmayın.
Axşam saatlarında normal istirahət edin.
Qız - Yaxın ətrafınızdakı insanlar sizdən yardım istəyirlər. Peşəkarlıq səviyyənizin yüksək olduğu sahələrdə rəqiblərinizi üstələməyə çalışın. Problemlərin sayı artsa da, maneələri dəf etmək mümkündür.
Çətinliklər az deyil, amma özünüzü suda balıq kimi hiss edəcəksiniz.
İşlərdə uğurlar istisna deyil.
Günün ikinci yarısında ailədə qarşılıqlı anlaşmaya nail olmaq üçün ilk addımı siz atın. Hansısa məsələdə səhv etməyiniz mümkündür. Yanlışlığı etiraf edin və kompromisə meylli olun. Belədə problemləri çözmək olar.
Tərəzi - Yaxın gələcəklə bağlı planlarınızı reallaşdırmağa başlayın. İşləri pis təşkil etsəniz, sürəkli problemlərlə qarşılaşacaqsınız. İndiyədək sıx əməkdaşlıqda olmadığınız insanla tərəfdaşlıqda fayda var.
Günün ikinci yarısında ideyaları dəyərləndirərək onların arasında ən effektiv təsir bağışlayanı seçin.
Axşam saatlarında romantik görüş ola bilər. Qonaq qəbul etmək və ya bəyəndiyiniz insana qonaq olmaq mümkündür. Sevdiyiniz insanla dil tapın. Ünsiyyətinizə önəm verin.
Əqrəb - Ətrafınızdakı insanların fikirlərini absolyut həqiqət saymayın. Fərdi mövqelərin nümayişi təşəxxüsdən xəbər verir. İradların sayını artırmayın.
Tənqidə sərt reaksiya verməyin. Yardım etmək istəyənlərin təkliflərini nəzərə alın.
Günün ikinci yarısında ailə üzvləriniz öz yaşam qaydalarını sizin həyatınızda tətbiq etməyə çalışacaqlar. Tələsik addımlar atmayın. Dəstək və anlayışdan məhrum ola bilərsiniz. Axşam saatlarını həmfikirlər və dostlarla birlikdə keçirin.
Oxatan - Günün ilk yarısından etibarən qeyri-ordinar hadisələr baş verəcək. Yaranan vəziyyətdəki naqis məqamları görün və sayıq olun. Yaxşı xəbərləri problemlər müşayiət edəcək. Yasaqlar və qadağalar durumu daha da ağırlaşdıra bilər.
Günün ikinci yarısında müşahidə olunan sədlərlə maneələri dəf etmək mümkündür. Yaxınlarınızla münasibətlər əhvalınızı yaxşılaşdıracaq. Qohumlarla səmimi olun. Sevdiyiniz insanla nəzakətli olun.
Axşam saatlarında gəzintiyə çıxın.
Oğlaq - Maliyyə və kommersiya məsələlərində irəliləyişlər olacaq. Sizinlə uzun müddət çalışmamış insanlarla birgə fəaliyyət zərurəti yaranarsa ehtiyatlı olun. Alış-verişdə bədxərclik etməyin. Kreditlə heç nə almayın.
Günün ikinci yarısında yaxınlarınızla kəskin mübahisələr etməyin. Müsbəti emosiyalar dəyər verdiyiniz insanlarla təmaslarda normal ortamın əldə olunmasına təkan verəcək. Axşam saatları romantik hisslər vəd edir.
Dolça - Sizə dəxli olmayan məsələlərlə bağlı fikir bildirəndə ehtiyatlı olun. Maraqlarınızı yaxın ətrafınızdakı insanların mənafelərindən üstün tutmayın. Laqeyd və soyuqqanlı davranışda, eqoizmdə suçlana bilərsiniz.
Günün ikinci yarısında özü barədə çox danışan insanın psixoloji kompleksləri olduğuna şübhə etməyin.
Sevdiyiniz insanla münasibətlərdəki problemi aradan qaldırmağa çalışın. Səmimi olun, qayğıkeş davranın. Situasiyanı dəyərləndirin, çatışmazlıqları aradan qaldırın.
Balıqlar - Günün ilk yarısında işgüzar danışıqlarda normal davranın, emosiyaların əsiri olmayın. Həmkarlar və tanışlarla təmaslarda məntiqi unutmayın. Yaxşı tanımadığınız insanlara sirlərinizi açmayın.
Yenilikləri öyrənin, məlumat toplayın.
Günün ikinci yarısında sənədləşdirmə və yazışmalarda diqqətli olun. Qəfil situasiyalarda, sürətli həll tələb edən məsələlərdə səlis, sayıq addımlar gərəkdir.
Ailə üzvləri ilə məişət qayğılarının müzakirəsi mübahisəyə çevrilə bilər. Qıcıq yaradan məqamlarda soyuqqanlı olun. Axşam saatlarını istirahətə həsr edin. (Milli.Az)