Sumqayıt Dövlət Rəsm Qalereyasında “Birliyimiz - Həmrəyliyimizdir” adlı sərgi-tədbir keçirilib - FOTO


Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və AYB Sumqayıt bölməsinin birgə dəstəyi ilə "Birliyimiz-Həmrəyliyimizdir” adlı sərgi-tədbir keçirilib. Tədbirdə rəssamlar, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər. Dünya Azərbaycanlıların Həmrəylik Gününə və "Şuşa ilinə” həsr olunan sərgi - tədbir Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandıqdan sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Moderator, yazıçı, dramaturq, kulturoloq Hafiz Ataxanlı Azərbaycanın dövlətçilik tarixindən, milli mücadilə yolundan bəhs edib və ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə formalaşan həmrəylik bayramının milli vəhdət prosesində oynadığı əhəmiyyətli rolunu vurğulayıb. Şəhid və qazi övladları içərisindən rəssamlığa meyilli uşaqların işlədikləri ayrı-ayrı atributlar, detallar lövhəyə gətirilib və qonaqların gözü qarşısında kompazisiya kimi quraşdırılıb. Beləliklə iki möhtəşəm əsər "Azərbaycan xəritəsi” və "Xarı bülbül rəsmləri” uşaqlar üçün də sürpriz olub. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmalləddin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri Şahin Şəfiyev, şəhid anası Ruhiyyə Əhmədova, tədqiqatçı publisist Üzeyir Əlizadə və rejissor - operator Etibar Bənnayev çıxış edərək düşünçələrini bölüşüblər. Çıxışlarda vətənin bütövlüyü uğrunda canını fəda edənlərin əbədiyyət səhifələrində yer aldıqları bildirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova şəhidlik məqamının ucalığından danışıb, şəhid və qazi övladlarına hədiyyələr təqdim edib. Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova şəhid və qazi övladlarının qalereyada keçirilən ustad dərsi zamanı, onunla kreativ ideyasının kerçəkləşməsində mühüm rol oynayan istedadlı uşaqlara minnətdarlığını bildirib və uşaqların kətan üzərində yaratdığı kompazisiyanın qalereyanın fonduna daxil ediləcəyini və bir xatirə kimi daim saxlanılacağını söyləyib. Sonda Əhməd Bakıxanov adına Uşaq İncəsənət Məktəbinin xor kollektivi və müğənni Xəyal Cəbrayıllı musiqi nömrələri ilə çıxış ediblər.
Sumqayıt Dövlət Rəsm Qalereyasında  “Birliyimiz - Həmrəyliyimizdir” adlı sərgi-tədbir keçirilib - FOTO
 
Sumqayıt Dövlət Rəsm Qalereyasında  “Birliyimiz - Həmrəyliyimizdir” adlı sərgi-tədbir keçirilib - FOTO
 
Sumqayıt Dövlət Rəsm Qalereyasında  “Birliyimiz - Həmrəyliyimizdir” adlı sərgi-tədbir keçirilib - FOTO
 
Sumqayıt Dövlət Rəsm Qalereyasında  “Birliyimiz - Həmrəyliyimizdir” adlı sərgi-tədbir keçirilib - FOTO
 
Sumqayıt Dövlət Rəsm Qalereyasında  “Birliyimiz - Həmrəyliyimizdir” adlı sərgi-tədbir keçirilib - FOTO

28-12-2022, 10:03 128

Digər xəbərlər

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 16:36
Bu gün, 16:12
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1068