Sumqayıtda mənzildən 22 min manatlıq oğurluq olub.
Sumqayit.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat
Belə ki, şəhər ərazisindəki mənzillərin birindən 15.000 manat, 5.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Talib İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.