Sumqayıtda yol çöküb, avtomobillərin hərəkəti məhdudlaşıb. Çökmə hadisəsi şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Sumqayit.tv baku TV-yə istinadən xəbər verir ki, İlkin ehtimala əsasən, çökməyə səbəb kanalizasiya borularının köhnə olmasına görə, çirkab sularının daşaraq torpaq qatını yumasıdır.
Su Kanal İdarəsinin baş mühəndisi Mahir İmanov Baku TV-yə deyib ki, yerin altında keçən kollektor istismar müddətini demək olar başa vurub.