“Tok” vuran yeniyetmənin 5 saylı Xəstəxanada sidik kisəsini ZƏDƏLƏYİBLƏR? – TƏBİB-dən AÇIQLAMA

Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Əliyevin 5 saylı Şəhər klinik Xəstəxanasında sidik kisəsinin zədələndiyi bildirilir.  

Bu iddia ilə Bizim.Media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva çıxış edib. Onun sözlərinə görə sidik kisəsi kateterinin ölçüsü böyük olduğu üçün uşağın sidik kisəsi zədələnib. 
 

Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2010-cu il təvəllüdlü Əliyev Zaur Aslan oğlu elektrik cərəyanı vurması nəticəsində aldığı yanıq xəsarətləri ilə 22.10.2023-cü il tarixində saat 13:55-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. 

Xəstəxanada ona ilk yardım göstərilib və xəstənin Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə edilməsi qərara alınıb. Yanıq Mərkəzinə gətirilən pasiyentə zəruri tibbi yardım göstərilib. Daha sonra valideynlərinin iltizamnaməsi əsasında özəl tibb müəssisələrindən birinə təxliyə edilib.

Göründüyü kimi, TƏBİB konkret mətləbdən yayınaraq, sorğumuzla bağlı tutarlı cavab verməyib.

Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub. 

Yeniyetmə bir həftədən çoxdur “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alır və iki dəfə əməliyyat olub.

Həkimlərin bildirdiyinə görə yeniyetmə daha 2 dəfə də əməliyyat olunacaq. Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.

4-11-2023, 11:11 151

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102