Sumqayıt şəhərində 40 yaşlı kişi kafedə ölüb. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən kafelərdən birində baş verib. Bildirilib ki, kafedə halı qəfil pisləşən 1984-ci il təvəllüdlü Anar İlham oğlu Mustafayev orada keçinib. Onun ürək tutmasından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.