Sumqayıt şəhərində hündürlükdən yıxılan 91 yaşlı qadın ölüb.
Sumqayit.tv Report-a istinadən məlumat verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.
Yaşadığı binanın 9-cu mərtəbəsindən yerə yıxılan 1933-cü il təvəllüdlü Tamella Hüseyn qızı Mehdizadə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.