Sumqayıt şəhərində “Nəsillərin rəngli dialoqu” rəsm sərgisi baş tutub - FOTOLAR


Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü ilə gerçəkləşdirilən “Nəsillərin rəngli dialoqu” mövsuzunda rəsm sərgisi Prezidenti İlham Əliyevin doğum gününə həsr olunub.
Sumqayit.tv xəbər verir ki, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, rəssamlar və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə iştirakçılar öncə sərgilənən rəsm əsərlərinə baxıblar.
Tədbirdə giriş nitqi ilə çıxış edən Milli Məclisin deputatı Səbinə Salmanova sərginin məqsədi haqqında məlumat verib. O, Prezident İlham Əliyevin hər zaman xalqın arasında olduğunu xüsusi vurğulayıb: “Dövlət başçımız doğum günlərində bölgələrə səfər edərək vətəndaşlarla, əsasən də qaçqın və keçmiş məcburi köçkünlərimizlə görüşüb, müxtəlif təməlqoyma və açılış mərasimlərində xalqımızla birlikdə olurdu. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra isə Prezident öz ad günündə doğma yurdlarına qayıtmış insanlarımızla görüşür, onların yanında olmağa üstünlük verir”.
Deputat bildirdi ki, Azərbaycan bir sıra beynəlxalq konfranslara, o cümlədən dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a uğurla ev sahibliyi etdi: “Dünyanın diqqətlə izlədiyi bu tədbirə 196 ölkədən 72 min iştirakçı qatıldı. Tədbirdə dünyamızın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən sənədlər qəbul olundu”.
S.Salmanova 75 illiyi qeyd olunan Sumqayıt şəhərində genişmiqyaslı işlər görüldüyünü qeyd edib:
“Bu il həmçinin doğma, əzəmətli Sumqayıtımızın 75 illiyini böyük sevinc hissi və coşqu ilə qeyd etdik. Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən şəhərimizə daim xüsusi diqqət və qayğı göstərilib. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində Ümummilli Liderimizin əvəzsiz xidmətləri olub”.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov təşkil olunan öz rəsm əsərləri ilə sərgidə iştirak edən uşaqların əl işlərini yüksək qiymətləndirib. Vitse-spiker iştirakçıların xüsusilə, də 44 günlük Vətən Müharibəsinə həsr olunan rəsmlərinin alqışa layiq olduğunu bildirib.
Sumqayıt şəhər Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, ötən 21 ildə Sumqayıtın iqtisadi və sosial həyatında baş verənlər göstərir ki, Ulu Öndərin şəhərlə bağlı bütün arzuları reallaşır, şəhər Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərə doğru inamla irəliləyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin inkişaf siyasətinin nəticəsi olaraq Sumqayıt tarixi ənənələrini sürətlə özünə qaytarıb və bu proses bu gün də davam edir.
Zakir Fərəcov vurğulayıb ki, bu cür tədbirlər gənc nəslin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, onların milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Nəsillərin rəngli dialoqu” layihəsi gənclər və yaşlı nəsil arasında mədəni və intelektual bağların möhkəmlənməsinə töhfə verir. Şəhər rəhbəri vurğulayıb ki, Sumqayıtın son illərdə incəsənət və mədəniyyət sahəsində əldə etdiyi uğurlar Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq şairi Sabir Rüstəmxanlı keçirilən tədbirin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.
Çıxışlardan sonra rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.













23-12-2024, 17:41 122

Digər xəbərlər

Tağıyev qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olur-FOTO

Deputat Elnarə Akimova şəhid və qazi ailələrini ziyarət etdi-VİDEO/FOTO

İsmayıllıda faciə: Sumqayıt sakini traktorun altında qalaraq öldü-VİDEO

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 12:44
Bu gün, 11:37
Bu gün, 09:26
Bu gün, 08:27
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
1 2 3 4 5 6 7 8 9 10 ... 1066