Sumqayıt şəhərində 82 yaşlı ahıl kişini öldürərək basdıran ustanın cəzasını azaldıldı


Sumqayıt şəhərində 82 yaşlı kişini qətlə yetirməkdə ittiham olunan Samir Abbasovun barəsindəki qərardan verlən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Sumqayit.tv
-in əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilməyib, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından və onunla bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən “zərərçəkmiş şəxs təvəllüdü 1941-ci il olduğundan 61.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal” kimi nəzərə alınmasına dair müddəalar xaric edilib. Samir Abbasovun cəzası 16 ildən 15 il 9 aya endirilib.
 
İttihama görə, taxta ustası olan S.Abbasov Nadir Rzayevin tikdirdiyi fərdi yaşayış evində mərtəbələrarası pilləkən hazırlanması sifarişini götürüb və işə başlayıb.
 
Lakin tərəflər arasında ödənişlə bağlı bir neçə dəfə mübahisə yaranıb. Ötən il avqustun 17-də usta ilə ev sahibi arasında yenidən narazılıq baş verib. S.Abbasov 81 yaşlı ev sahibinin başından taxta parçası ilə zərbə endirib. Ev sahibi müvazinətini itirərək yerə yıxılıb. Usta ahıl kişini köməksiz vəziyyətdə qoyaraq qapını kilidləyib və hadisə yerindən uzaqlaşıb.
 
Ertəsi gün onun  ölüb-ölmədihyini müəyyənləşdirmək üçün yenidən həmin ünvana gəlib. O, ev sahibinin öldüyünü görüb cinayətin izini itirmək məqsədilə meyiti sürüyərək çölə çıxarıb, həyətdəki yardımçı tikilidə basdırıb.
 
Mərhum N.Rzayevin yaxınlarının ondan xəbər ala bilməməsindən sonra polisə müraciət edilib. O, itkin şəxs kimi axtarılarkən evində usta tərəfindən öldürülməsi və həyətdə basdırılması məlum olub. Qətlə yetirildikdən təxminən 20 gün sonra N.Rzayevin basdırıldığı yer tapılıb.
 
Törətdiyi cinayət əməlinə görə, S.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abbasov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdi. //Pravda.az

12-02-2025, 12:23 101

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102