Sumqayıtda ər arvadına şiddət göstərdi— TƏFƏRRÜAT

 
Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Vəfadar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mələyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində baş verib. Vəfadar orada yerləşən fərdi yaşayış evində olan zaman yumruqla arvadının şəxs başına, burun nahiyyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Vəfadarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəfadar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Mələy həyat yoldaşı, Bahar isə qaynanasıdır: “Mələylə 2022-ci ildə evlənmişik. Birgə nikahımızdan 2023-cü il təvəllüdlü bir azyaşlı övladımız var. Ailə qurduqdan sonra normal münasibətlərimiz olub. Şabran rayonunun kəndində valideyinlərimin evində birlikdə yaşamışıq. Hər ailədə olduğu kimi arada bizim də narazılıq, söz-söhbət olub. Təxminən 1 ilə yaxındır Şabran rayonunda olan zaman aramızda baş vermiş münaqişə zamanı Mələyi döydükdən sonra o barəmdə polisə şikayət etdi və acıq edərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yaşayan anasının yanına gəldi, anasının yanında qaldı. Mən Mələylə barışmağa cəhd etmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə işdən evə gələndə Mələy nə üçün evə gec gəldiyini bildirib: “Mən Mələyə işdən gec çıxdığımı, sonra isə bərbərə gedərək saçımı kəsdirdiyimi bildirsəm də, Mələy mənə inanmayaraq başqa yerdən gəldiyimi bildirdi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı onun boynuna, başına və burun nahiyyəsinə əlim ilə zərbə vurdum. Səslərinə Aytacın anası Bahar xala öz yaşadığı otaqdan çıxaraq bizim yaşadığımız otağa gəldi. Anası üzərimə qışqırdı, paltarımın yaxasından tutaraq məni evdən bayıra çıxardı. Sonra mən oradan çıxaraq Şabran rayonuna, öz evimizə getdim. Səhəri gün isə Mələy barəmdə polisə şikayət etdiyi üçün məni Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə dəvət etdikləri üçün bölməyə gəldim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Mələyin sözlərinə görə, əri Vəfadar spirtli içkiyə meyilli insandır və valideyinlərinin sözü ilə daim evlərində söz-söhbət yaradıb, heç bir səbəb olmadan onu döyüb: “Mən Vəfadarın barəsində şikayətçi olmamışam. Hətta boşanmaq üçün məhkəməyə müraciət etsəm də, sonda barışmışıq. Sonuncu dəfə 2024-cü ilin may ayında Vəfadar məni Şabran rayonnun kəndində yaşadığımız evdə döydü. Mən bu barədə polisə şikayət etdim. Lakin, yenə övladımın xətrinə onu bağışladım, qızımı götürərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yaşayan valideyinlərimin yanına gələrək onlarla qaldım”.

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat 22:20-də işdən evə gec gəldiyi üçün Vəfadara harada olduğunu bildirib: “Vəfadar saçını kəsdirdiyini, usta tapa bilmədiyini dedi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı Vəfadar yumruqla boynumun sol yan tərəfinə, başıma və burun nahiyyəmə zərbə ilə vuraraq məni döydü. Səsə bizimlə eyni evdə, başqa otaqda yaşayan anam gəldi. Anam Vəfadarın üzərinə qışqırdı, onu evdən bayıra çıxardş və bu barədə 102 xidmətinə zəng edərək məlumat verdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vəfadarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

13-03-2025, 19:41 150

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 13:50
Dünən, 11:03
Dünən, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972