Sumqayıtın Deputatı: "Almaniyanın Mərkəzi Asiya və Çinə çıxışı Azərbaycanın sayəsində daha da asanlaşa bilər "

 

"Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı strateji əlaqələri daha da gücləndirəcək, münasibətlərdə yeni səhifə açacaq. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da artacağını proqnozlaşdırmaq olar. Çünki Azərbaycan Avropa enerji bazarında mühüm oyunçu olaraq Almaniya ilə ticarət əlaqələrini daha da genişləndirmək niyyətindədir. Azərbaycanın geostrateji mövqeyi Avropa ilə əlaqələrin inkişafına müsbət təsir göstərir və daha geniş bir regional əməkdaşlıq üçün zəmin yaradır. Almaniya şirkətləri Şərqlə Qərbin qovşağında yerləşən, mühüm nəqliyyat dəhlizlərinin keçdiyi Azərbaycan iqtisadiyyatına investisiya qoymaqda maraqlıdırlar. Bu mənada Ştaynmayerin səfəri əlaqələrin genişlənməsi üçün yeni imkanlar açır. Ölkəmizin artan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri olaraq Avropanın aparıcı ölkələri ilə yaxın təmaslar qurması strateji maraqlarımıza uyğundur".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.


Onun sözlərinə görə, Azərbaycanın enerji sahəsində Avropa üçün strateji əhəmiyyəti günü-gündən artır:


"İki ölkə arasında iqtisadi əlaqələrin tarixi kökləri yüz illər öncəyə gedib çıxır. Daha dəqiq ifadə etsək, Azərbaycan-Almaniya arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın "Siemens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları, kobalt yataqları bazasında kobalt zavodu inşa edilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Ticari əlaqələrimiz bu gün də inkişaf etməkdədir. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması nəticəsində ticarət dövriyyəmiz təxminən üç dəfə yüksəlib. Hazırda həm ənənəvi, həm də yaşıl enerji sahəsində atılan addımlar bu əməkdaşlığı daha da dərinləşdirir. Azərbaycan bərpa olunan enerji mənbələrinə böyük investisiya yatırır. Bu sahədə böyük təcrübəyə malik olan Almaniya öz uğurlarını bizimlə bölüşə bilər. Hazırda Azərbaycanda 100-ə yaxın alman şirkəti və müəssisəsi fəaliyyət göstərir. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 400 milyon avrodan çoxdur.

Bu gün Almaniya Avropanın ən güclü sənaye dövlətlərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi iri nəqliyyat layihələri Almaniya üçün olduqca böyük maraq kəsb edir. Berlinin Mərkəzi Asiya və Çin bazarlarına çıxışı Azərbaycanın sayəsində daha da asanlaşa bilər".

"Azərbaycan ilə Almaniya arasındakı humanitar əlaqələr hər zaman güclü olub. Təhsil və mədəniyyət sahələrində güclü əməkdaşlığımız mövcuddur. Güclü təhsil sisteminə malik olan Almaniya tarixən azərbaycanlı tələbələrin, elm xadimlərinin üz tutduqları əsas ölkələrdən biri olub.

Avropa İttifaqının aparıcı dövləti olan Almaniya Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və reallığı düzgün qiymətləndirir. Berlin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının, sülhün tərəfdarıdır. Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər. Onu da diqqətə çatdırım ki, Azərbaycanın Bakı və Sumqayıt şəhərləri ilə Almaniyanın Maynts və Lüdviqshafen şəhərləri "qardaşlaşmış şəhərlər" elan olunub. Bu il Sumqayıtla Lüdviqshafen şəhərləri arasındakı dostluq əlaqələrinin 38 illiyi tamam olur. Bütün bunlar göstərir ki, Azərbaycan və Almaniya münasibətləri ildən ilə güclənir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də regionumuzun inkişafı və sabitliyi baxımından çox böyük əhəmiyyətə malikdir. Güclənən Azərbaycan bundan sonra da Avropa üçün hələ uzun illər əhəmiyyətli tərəfdaş olacaq", - deyə parlamentari əlavə edib.


3-04-2025, 20:02 103

Digər xəbərlər

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 08:27
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1066