
Sumqayıt Apellyasiya Məhkəməsində kadr dəyişiklikləri gözlənilir. Sumqayit.tv xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Qüdrət oğlu Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinə təyin edilməsi təklif olunub. Eyni zamanda, Kamran Nüsrət oğlu Muxtarovun da bu məhkəməyə təyinatı nəzərdə tutulur.
Layihə komitədə müzakirədən keçdikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.