Sumqayıtda Beynəlxalq Ailə Günü ilə bağlı tədbir keçirilib - FOTO

 

15 may – Beynəlxalq Ailə Günü münasibətilə Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Muğam Mərkəzində “Rənglərin ahəngi” adlı tədbir təşkil olunub.
Sumqayit.tv xəbər verir ki, tədbirdən öncə autizm və daun sindromlu uşaqlar həkim briqadası tərəfindən müayinə edilib.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra ailə dəyərlərini əks etdirən videoçarx nümayiş olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında qeyd edib ki, Beynəlxalq Ailə Gününün qeyd olunması cəmiyyətin əsas təməli olan ailəyə verilən dəyərin göstəricisidir. O bildirib ki, belə tədbirlər cəmiyyətin diqqətini ailədə mövcud olan sosial və psixoloji problemlərə yönəldir, ailə institutunun nüfuzunun artırılmasına, gənc nəsildə məsuliyyət hissinin formalaşmasına kömək edir.
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tədbir çərçivəsində keçirilən tibbi müayinələrin sosial məsuliyyət baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, ailələrin sağlamlığı ümumi cəmiyyətin sağlamlığı deməkdir və bu istiqamətdə profilaktik tədbirlərin davamlı aparılması olduqca önəmlidir.
Xüsusi ümumtəhsil məktəbinin direktoru Arzu Alızadə çıxışında xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə göstərilən diqqət və dəstəyin cəmiyyətin inkişaf səviyyəsini göstərdiyini deyib. O, bu cür tədbirlərin həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıdığını vurğulayıb.
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Hümbət Quliyev ailənin milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında mühüm rol oynadığını qeyd edib.
Sumqayıt şəhər Veteranlar Şurasının sədri Sovet Şükürov isə ailənin təkcə fərdi deyil, ictimai dəyər daşıyıcısı olduğunu vurğulayıb. O, uzunömürlü ailələrin cəmiyyətə örnək olduğunu bildirib və onların təcrübələrinin gənclərlə paylaşılmasının vacibliyini bildirib.
Tədbir çərçivəsində uzunömürlü ailələrə 15 may – Beynəlxalq Ailə Günü münasibətilə hədiyyələr verilib.Hədiyyələri Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini Ülviyyə Müzəffərova təqdim edib.

Eyni zamanda tədbirə verdiyi dəstəyə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova xatirə hədiyyəsi təqdim olunub.
Sonda tədbir bədii hissə ilə davam etdirilib. Musiqi nömrələri və müxtəlif rəqs kompozisiyaları ilə müşayiət olunan “Rənglərin ahəngi” adlı tədbir gənc və uzunömürlü ailələrin, fiziki və əqli qüsurlu uşaqların ailələrinin əhvalına xüsusi rəng qatıb.
Tədbirin məqsədi ailə dəyərlərinin qorunması, onların gənc nəsilə aşılanması, ailə institutunun gücləndirilməsi və ailə məsuliyyətinin cəmiyyətdə daha da dərinləşdirilməsinə xidmət etmək olub.

 

 

 

 

 


14-05-2025, 14:32 160

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102