Sumqayıt Apellyasiya Məhkəməsi Xaçmazda törədilən qətllə bağlı hökmü qüvvədə saxladı

 

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə və xuliqanlıqda təqsirləndirilən Əlipaşa Məmmədovun (soyadı şərti) barəsində çıxarılmış birinci instansiya hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

Sumqayit.tv Pravda.az-a istinadən məlumat verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

İttihama görə, hadisə 19 yanvar 2024-cü il, saat 23 radələrində Xaçmaz şəhərində, Nəsrəddin Tusi küçəsində yerləşən marketlərin birinin qarşısında baş verib. Mübahisə zəminində 1989-cu il təvəllüdlü Əlipaşa Məmmədov həmyerlisi, 1991-ci il təvəllüdlü Qərib Cəbrayılovu ürək nahiyəsindən bıçaqlayıb.

Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən dərhal sonra saxlanılan Əlipaşa Məmmədov barəsində cinayət işi başlanıb və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs bu hökmdən apellyasiya şikayəti versə də, nəticə dəyişməyib – şikayət təmin olunmayıb.


20-05-2025, 12:39 110

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102