Sumqayıtlı deputatın təşəbbüsü ilə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün tədbir keçirilib-FOTO

 

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın təşəbbüsü ilə mayın 29-da Sumqayıt şəhər Sağlamlıq İmkanları məhdud uşaqlar üçün Xüsusi məktəbdə İ İyun Uşaqları Beynəlxaq Müdafiə günü ilə bağlı tədbir keçirilib.

Sumqayit.tv-yə verilən məlumata görə, əvvəlcə uşaqların əl işi nümayiş olunub, onların yaradıcı potensialının təzahürləri sərgilənib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Arzu Alizadə qonaqları salamlayaraq belə tədbirlərin uşaqlara motivasiya olduğunu, onlara müsbət əhval-ruhiyyə aşıladığını qeyd edib, ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində məktəbin və sağlamlıq imkanları məhdud uşaqların daim sevgi ilə əhatə olduğunu diqqətə çatdırıb. Tədbir uşaqların ifasında müxtəlif rəqslər, şeir və musiqi ifalarının təqdimatı ilə davam edib. Sonra söz Milli Məclisin deputatı Elnarə Akimovaya verilib.

Deputat Elnarə Akimova çıxış edərək bildirib ki,  “Bu gün burada sizinlə birlikdə olmaqdan böyük bir qürur və sevinc hissi keçirirəm. Bu tədbir – sevgi, anlayış, dəstək və birlik tədbiridir. Bugünkü görüşümüz, hər bir fərdin cəmiyyətimiz üçün nə qədər dəyərli olduğunu bir daha xatırladır.

Əziz uşaqlar! Sizlər həyatın içində mübarizə aparmağın, güclü olmağın və ümid etməyin nə olduğunu bizlərə göstərirsiniz. Sizin hər biriniz öz iradəniz, istedadınız və böyük ürəyinizlə əsl qəhrəmansınız. Fiziki qüsur heç zaman bir insanın dəyərini müəyyən etmir. Əsas olan, insanın daxili dünyası, xəyalları və həyata baxışıdır. Sizlər bu dünyaya rəng, dərinlik və ilham gətirirsiniz.

Əziz müəllimlər! Sizlərə xüsusi təşəkkür düşür. Sizin göstərdiyiniz sevgi, səbr və fədakarlıq hər bir uşaq üçün dayaq, bizim üçün isə örnəkdir. Sizlər fədaisiniz! Bizim vəzifəmiz – bərabərlik prinsiplərinə sadiq qalmaq, imkanları hər kəs üçün əlçatan etmək və bütün uşaqlarımızın öz potensialını tam şəkildə reallaşdıra bilməsi üçün şərait yaratmaqdır. Cəmiyyətin inkişafı üçün hər bir fərdin dəstəyi, iştirakı və dəyəri vacibdir. Siz həyatda müəyyən çətinliklərlə qarşılaşa bilərsiniz, amma unutmayın – güc məhz bu çətinliklərə rəğmən addım ata bilməkdədir. Sizin hər biriniz bir ümid simvolusunuz. Sizin xəyallarınız – bizim gələcəyimizdir. Biz inanırıq ki, sizə yaradılan doğru dəstək və şərait sayəsində hər biriniz cəmiyyətimizin fəal, uğurlu və xoşbəxt üzvünə çevriləcəksiniz”!

Millət vəkili Elnarə Akimova daha sonra təşəbbüsünü dəyərləndirdiyi üçün Sumqayıt şəhər Sağlamlıq İmkanları məhdud uşaqlar üçün Xüsusi məktəbin direktoru Arzu Alizadəyə və onun müəllim kollektivinə, eləcə də Sumqayıt şəhər  V.İbrahim adına 35 saylı tam orta məktəbin müəlliməsi Nigar Vəliyevaya öz minnətdarlığını bildirib.

Sonra Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova ilə birgə uşaqlara hədiyyələr təqdim olunub və uşaqların rəqsi ilə tədbir yekunlaşıb.

 

 

 

 

 

 

 

 

 


30-05-2025, 15:18 280

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102