Deputat Səbinə Salmanovanın təşəbbüsü ilə sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib -FOTO

 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə “Əl-ələ verək, birgə sevinək” adlı xüsusi bayram tədbiri təşkil olunub.
Sumqayit.tv xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, tədbirdə Milli Məclisin deputatı Səbinə Salmanova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Az.QAC) İcraçı katibinin müavini Xalidə İsgəndərova, Az.QAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova və bölmə sədri Şəhriyar Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev və Poeziya Evinin direktoru İbrahim İlyaslı iştirak ediblər.

Tədbirin açılışında məktəbin direktoru Arzu Alızadə çıxış edərək tədbirin əhəmiyyətindən bəhs etdi, qonaqları salamlayıb və uşaqlara ən xoş arzularını çatdırıb.

Daha sonra məktəbin kollektivi tərəfindən hazırlanan musiqi nömrələri ilə cıxış edən şagirdlərin performansları iştirakçıların ürəyincə olub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova çıxış edərək uşaqları bu əlamətdar gün münasibətilə təbrik edib, hər zaman onların yanında olduqlarını və bu dəfə də Millət Vəkilimiz Səbinə Salmanovanın təşəbbüsü ilə hazırladıqları hədiyyələrlə gəldiklərini qeyd etdi.

Xüsusi sağlamlıq imkanları məhdud olan uşaqlarla Sumqayıtın deputatı Səbinə Salmanova və qonaqlar rəqs edərək,onlara xoş əhval-ruhiyə bəxş ediblər.

Tədbirin sonunda Az.QAC Sumqayıt şəhər bölməsinin könüllüləri tərəfindən məktəbin şagirdlərinə bayram hədiyyələri təqdim olunub.

Bu cür tədbirlər cəmiyyətin diqqətini uşaqların rifahına, onların sosial müdafiəsinə yönəltmək və sağlamlıq imkanları məhdud uşaqlara dəstək məqsədi daşıyır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

30-05-2025, 20:01 261

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102