Sumqayıtın bu şadlıq sarayı toy sahiblərini belə aldadır – İDDİA

 
Sumqayıt şəhərində fəaliyyət göstərən “Sevgilim” şadlıq sarayının xidmətlərindən toy sahibləri şikayət ediblər.

Sumqayit.tv xəbər verir ki, onların sözlərinə görə, sifariş verdikləri menyu və xidmət göstərilən standartlar arasında böyük fərq olub və bunun nəticəsində onlar özlərinin aldadıldığını iddia edirlər.

Toy sahibi bildirib ki, 25 may 2025-ci il tarixində şadlıq sarayında 40 manatlıq menyu sifariş olunub. Lakin, xidmət zamanı menyuya daxil olan yeməklər qonaq sayına uyğun verilməyib. Xidmətçilərdən yemək tələb etdikdə isə uzun müddət cavab ala bilməyiblər. Administratorun verdiyi sözlər isə reallıqda təsdiqlənməyib.

Müştəri əlavə edib ki, yeməklərin keyfiyyəti və miqdarı qənaətbəxş olmayıb, məsələn, kabab yalnız bir neçə tikə təqdim olunub, hətta suyun belə vaxtında gətirilməməsi müşahidə olunub. Həmçinin, tort və digər şirniyyatlar qonaqlara kifayət qədər təqdim edilməyib, müdiriyyət tərəfindən məhdudiyyətlər qoyulub.

Toy sahibləri həmçinin bildirir ki, əvvəlcədən razılaşdırılan əlavə xidmətlər, yəni 50 manatlıq xınayaxdı, davul və 30 manatlıq albom onlar üçün hədiyyə adı altında təqdim ediləcəkmiş, amma reallıqda bu vədlər yerinə yetirilməyib.

Məsələ ilə bağlı ekspertlər şadlıq sarayları ilə bağlı diqqətli olmağa və toy təşkil edənlərin xidmət şərtlərini yazılı şəkildə təsdiqləmələrinin vacib olduğunu vurğulayırlar. //Milli.az

28-05-2025, 18:08 305

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102