Sumqayıt Bələdiyyəsi Qurban Bayramında 160 ailəyə sosial dəstək göstərdi - FOTO


Bələdiyyə sakinlərlə birbaşa və daimi ünsiyyətə, onların sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Bu çərçivədə görülən işlər təkcə gündəlik fəaliyyətlərlə məhdudlaşmır, həm də əlamətdar günlərdə və bayramlarda humanitar aksiyalarla müşayiət olunur.

Sumqayit.tv xəbər verir ki, artıq ənənəyə çevrilmiş "Qurban Bayramı" tədbiri bu il də Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə keçirilib. Bayram münasibətilə şəhər ərazisində yaşayan şəhid ailələri, qazilər, aztəminatlı ailələr, sosial sahədə çalışan işçilər və bələdiyyə əməkdaşları diqqətdən kənarda qalmayıblar. Ümumilikdə 160-a yaxın ailəyə bayram sovqatları təqdim olunub.

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov, bələdiyyə üzvləri və aparatın əməkdaşları şəhid ailələrinin evində olublar. Onlar ailələrin qayğı və ehtiyaclarını dinləyiblər. Adil Xudadatov bildirib ki, Sumqayıt Bələdiyyəsi şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlətimizin bu kateqoriyadan olan vətəndaşlara olan yüksək ehtiramı Sumqayıt şəhərində də davam etdirilir.

Bələdiyyə tərəfindən şəhid ailələri və qazilər mütəmadi olaraq ziyarət olunur, onların sosial-məişət problemlərinin həllinə yardım göstərilir. Ailə üzvlərinin məşğulluğu, təhsili, sağlamlığı və digər gündəlik ehtiyacları daim diqqətdə saxlanılır. Eyni zamanda, xüsusi günlərdə – Anım Günü, Qələbə Günü, Novruz bayramı və digər əlamətdar tarixlərdə bu ailələrə mənəvi və maddi dəstək göstərilir.

Şəhid ailələri də onalar göstərilən diqqətə görə, təşəkkür ediblər.

Sumqayıt Bələdiyyəsi bu cür aksiyaların təkcə maddi deyil, mənəvi baxımdan da böyük əhəmiyyət daşıdığını vurğulayır. Bayram günlərində sosial qruplara xüsusi diqqətin göstərilməsi həm milli-mənəvi dəyərlərimizin yaşadılması, həm də cəmiyyətimizdə həmrəylik hissinin gücləndirilməsi baxımından mühüm rol oynayır.

 

 

 

 

 

 

 


 

 


6-06-2025, 20:02 217

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102