“Bələdiyyə parkı”nda yenilənmə davam edir – FOTO

 

Sumqayıt Bələdiyyəsi “Bələdiyyə parkı”nda abadlıq və yaşıllaşdırma işlərini davam etdirir. Yeni bardurlar, estetik görünüş və sakinlərin rahatlığı ön plandadır.

Sumqayit.tv verilən məlumata görə, "Bələdiyyə parkı”nda aparılan yenidənqurma və yaşıllaşdırma tədbirləri şəhər sakinlərinin razılığı ilə qarşılanır.

Sumqayıt şəhərində ictimai məkanların abadlaşdırılması və vətəndaşların keyfiyyətli istirahət imkanlarının genişləndirilməsi məqsədilə Sumqayıt Bələdiyyəsi tərəfindən mühüm tədbirlər görülür. Bu çərçivədə xüsusilə “Bələdiyyə parkı”nda həyata keçirilən işlər diqqət çəkir.

Ötən həftələrdə park ərazisində yaşıllaşdırma işləri aparılmış, ərazinin estetik görünüşünün artırılması istiqamətində ağac və gül kolları əkilmişdi. Hazırda isə parkın daha baxımlı olması üçün yeni mərhələyə start verilib – köhnə bardurlar sökülərək funksional və estetik baxımdan daha dayanıqlı bardurlarla əvəz olunur.

Yeni bardurlar həm gül kollarının, həm də parkın qazon örtüyünün xarici təsirlərdən qorunmasına xidmət edir. Bununla yanaşı, parkın ümumi görüntüsünə nizamlılıq və estetik düzən qazandırır.

Sakinlər parkda aparılan işləri müsbət qiymətləndirir, bələdiyyənin bu cür addımlarını alqışlayır və davamlı olmasını arzulayırlar. Onların fikrincə, yaradılan müasir istirahət mühiti şəhərdə yaşamaqdan zövq almağa imkan verir.

Qeyd edək ki, bu abadlıq tədbirləri yalnız “Bələdiyyə parkı” ilə məhdudlaşmır. Sumqayıt şəhərinin digər park və yaşayış massivlərində də bu il ərzində oxşar yenilənmə işlərinin aparılması nəzərdə tutulur.

Sumqayıt Bələdiyyəsinin atdığı bu addımlar bir daha göstərir ki, şəhər rəhbərliyi vətəndaş rahatlığını, estetik zövqü və ekoloji mühiti daim diqqət mərkəzində saxlayır.

 

 

 

 


11-06-2025, 18:14 355

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102