Sumqayıtda sakinlərlə növbəti açıq görüş keçirilib - FOTO

 
Sumqayıt şəhərində ictimai iştirakçılığın gücləndirilməsi və yerli idarəetmədə sakinlərin rolunun artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov şəhər sakinləri ilə növbəti açıq formatlı görüş keçirib.
Görüş zamanı vətəndaşlar birbaşa müraciət edərək yaşadıqları ərazilərdə mövcud olan sosial və infrastruktur problemləri, eləcə də müxtəlif təklif və təşəbbüslərlə çıxış ediblər. Sakinlərin qaldırdığı məsələlər əsasən məhəllədaxili yolların təmiri, yaşıllaşdırma və abadlıq işlərinin gücləndirilməsi, uşaq meydançalarının salınması, məişət tullantılarının vaxtında daşınması və digər gündəlik sosial məsələlərlə bağlı olub.
Bələdiyyə sədri Adil Xudadatov görüş zamanı bildirib ki, bu cür açıq görüşlər şəffaf və insan yönümlü idarəçilik modelinə əsaslanır və gələcəkdə də davam etdiriləcək. Onun sözlərinə görə, sakinlərin səsləndirdiyi fikirlər, təkliflər və şikayətlər nəzərə alınır və imkan daxilində operativ şəkildə həll olunur:

“Sakinlərin fikirləri bizim üçün çox önəmlidir. Hər bir təklif gələcək planlamalarda nəzərə alınacaq. Bu, nəticəyə yönəlik yeni bir yanaşmadır.”
Görüşdə səsləndirilən bəzi məsələlərin operativ həlli üçün yerindəcə müvafiq tapşırıqlar verilib. Şəhər sakinləri bu formatda keçirilən qəbuldan razılıq ifadə edərək bildiriblər ki, bu cür görüşlər bir tərəfdən onların səsini birbaşa qərarverici şəxslərə çatdırmaq imkanı yaradır, digər tərəfdən isə problemlərin həllini sürətləndirir.
Qeyd edək ki, Sumqayıt Bələdiyyəsi tərəfindən təşkil edilən bu cür görüşlər yerli özünüidarəetmə orqanları ilə vətəndaşlar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir və şəhərin daha yaşanılan mühitə çevrilməsinə töhfə verir.

 

 

 

 

20-06-2025, 10:26 182

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102