
Sumqayıtda bədbəxt hadisə baş verib.Sumqayit.tv APA-ya istinadən xəbər verir ki, 57 yaşlı Rasim Quliyev 4-cü mikrorayonda yerləşən yaşayış binalarından birində, üçüncü mərtəbədən ehtiyatsızlıq nəticəsində yıxılıb.
Hadisə nəticəsində o, aldığı ağır bədən xəsarətlərindən ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.