Sumqayıtda 'Yay Məktəbi' layihəsi xarici könüllülərin iştirakı ilə davam edir"

 “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü və Sumqayıt şəhər Bələdiyyəsinin dəstəyi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, eləcə də Sumqayıt Gənclər Evinin tərəfdaşlığı ilə “Gənclər Paytaxtı Sumqayıt – 2025” ili çərçivəsində "Yay məktəbi" layihəsi uğurla həyata keçirilir.

Layihə çərçivəsində Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov xarici könüllülərlə görüş keçirib.

O, əvvəlcə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun salamlarını çatdıraraq, qonaqlara Sumqayıt haqqında ətraflı məlumat verib. Görüşdə qeyd olunub ki, Sumqayıt bir sıra xarici şəhərlərlə qardaşlıq əlaqələri qurmuş, beynəlxalq əməkdaşlığa böyük önəm verən şəhərlərdən biridir.
Bələdiyyə sədri, Sumqayıtda həyata keçirilən sosial və infrastruktur layihələri, o cümlədən gənclərin inkişafına yönəlmiş tədbirlər barədə də danışıb. Bildirib ki, şəhər rəhbərliyi daim gənclərin təşəbbüslərini dəstəkləyir və onların potensialının reallaşmasına şərait yaradır.
“Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri Səadət Təhməzzadə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, layihənin Sumqayıt üçün önəmini vurğulayıb. Xarici könüllülər də öz növbələrində gördükləri isti münasibət və yaradılan imkanlardan məmnun olduqlarını bildiriblər.
Qeyd edək ki, Layihənin əsas məqsədi məktəblilərin yay tətilini səmərəli, maraqlı və öyrədici şəkildə keçirməsinə şərait yaratmaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir. Yay məktəbi çərçivəsində iştirakçılara fərqli təlim metodları, interaktiv oyunlar və qrup işləri vasitəsilə praktiki biliklər aşılanır.
Ən diqqətçəkən məqamlardan biri isə layihəyə xarici ölkələrdən olan könüllülərin də cəlb olunmasıdır. Danimarka, Rumıniya, Türkiyə, Polşa, İtaliya, İspaniya və Qazaxıstandan gələn tələbə gənclər Sumqayıtda yay təcrübələrini keçərək, həm yerli könüllülərlə birgə fəaliyyət göstərir, həm də Sumqayıt məktəbliləri ilə öz mədəniyyətlərini və qeyri-formal təhsil metodlarını bölüşürlər. Bu, yerli gənclərin dünyagörüşünün formalaşmasına, müxtəlif xalqların dəyərlərini tanımasına töhfə verir.
Görüşdən sonra qonaqlar Sumqayıt Bələdiyyə Parkı ilə tanış olublar.

9-08-2025, 15:19 351

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102