
Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb. İlk mərhələdə kəndə 26 ailə (89 nəfər) köçürülür.Sumqayit.tv "Report"ə istinadən xəbər verir ki, köç edənlər arasında Sumqayıt şəhərindən 2 ailə (6 nəfər) də var. Onlar uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələr sırasında olub. Artıq həmin ailələr doğma yurdlarına qovuşaraq Kolatağ kəndində məskunlaşacaqlar.

