Sumqayıtın “Nizami” Meydanının siması dəyişir: gözəllik yoxsa qarışıqlıq?

 
Sumqayıt şəhərinin mərkəzində yerləşən "Nizami” meydanı illər boyu şəhərin simvollarından biri, insanların istirahət, görüş və asudə vaxt keçirdiyi əsas məkanlardan biri olub. Lakin son illərdə meydanın görünüşü, funksiyası və şəhər sakinlərinin oradakı rahatlığı ciddi şəkildə dəyişib.
Məsələ ilə bağlı Xeberle.com-aşəhər sakinlərindən çoxaylı şikayətlər daxil olub.
Əvvəllər geniş, açıq və nəfəs alan bu meydan indi müxtəlif iaşə obyektləri, köşklər və ticarət pavilyonları ilə doludur. Bu obyektlər, xüsusilə də meydanın tam mərkəzində tikilmiş "Markova” adlı geyim mağazası, həm insanların gediş-gəlişinə mane olur, həm də meydanın memarlıq bütövlüyünü pozur.
Meydanın ortasında qeyri-planlı şəkildə inşa edilən obyektlər piyadalar üçün ciddi çətinlik yaradır. İnsanlar artıq meydanı rahat şəkildə keçə bilmir. Nəticədə insan sıxlığı yaranır. Sakinlərin sözlərinə görə, əvvəllər bu ərazi şəhərin "açıq nəfəs yeri” hesab olunurdu, indi isə sıx və havasız bir ticarət məkanına çevrilib.
"Nizami” meydanında küçə ticarəti də sürətlə artıb. Meydanın demək olar ki, hər addımında satıcılar müxtəlif məhsullar satmaqla məşğuldurlar. Bu vəziyyət həm piyadaların hərəkətinə mane olur, həm də meydanın əvvəlki səliqə və estetik görünüşünü tamamilə aradan qaldırır. Ətrafda yığılan tullantılar, səliqəsiz stollar, yerə atılmış qablar və paketlər meydanı antisanitar vəziyyətə salıb. Sakinlər bildirirlər ki, axşam saatlarında burada sıxlıq elə bir həddə çatır ki, meydanı keçmək belə çətinləşir. Bu isə həm estetik, həm də gigiyenik baxımdan vəziyyəti daha da pisləşdirir.
Xüsusilə də "Nizami” meydanının mərkəzində yerləşən "Markova” adlı geyim mağazası şəhərin ümumi memarlıq konsepsiyasına uyğun gəlmir. Sıradan bir bina kimi meydanın ortasında yüksələn bu obyekt, ətrafdakı açıq məkan hissini tamam aradan qaldırıb.
Memarlıq mütəxəssisləri hesab edirlər ki, ictimai meydanlar insanların toplaşması, sərbəst hərəkəti və şəhərin vizual harmoniyası üçün açıq saxlanmalıdır. Bu tip ticarət tikililəri meydanların əsas funksiyasını sıradan çıxarır və şəhər mədəniyyətinə xələl gətirir.
Sumqayıt sakinləri dəfələrlə bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etdiklərini bildirirlər. Onlar meydanın əvvəlki halına qaytarılmasını, obyektlərin sökülməsini və şəhərin mərkəzinin yenidən abadlaşdırılmasını tələb edirlər.
"Nizami” meydanı təkcə bir ərazi deyil, Sumqayıtın simvolik məkanıdır. Onun bərpası, səliqə-sahmanın təmin edilməsi və şəhərin estetik görünüşünün qorunması yerli icra orqanlarının birbaşa məsuliyyətindədir.
 "Nizami” meydanında aparılan bu tip tikililər təkcə şəhərin gözəlliyini pozmur, həm də şəhər mədəniyyətinə, ictimai asudə həyatına mənfi təsir göstərir. Sumqayıt kimi gənc və dinamik bir şəhərin mərkəzi belə səliqəsizliklə yox, səliqə, memarlıq zövqü və vətəndaş rahatlığı ilə yadda qalmalıdır.

 

6-11-2025, 14:31 239

Digər xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1066