Milli Məclisin deputatı Elnarə Akimova seçicilərlə görüşdü - FOTO

 

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə növbəti görüşünü keçirib.
Sumqayit.tv xəbər verir ki, görüşdə Sumqayıt şəhərindən olan vətəndaşlar iştirak edib, onları narahat edən sosial, məişət, məşğulluq, kommunal xidmətlər, eləcə də digər aktual məsələlər diqqətlə dinlənilib.
Deputat Elnarə Akimova hər bir müraciətə fərdi yanaşıldığını bildirib, qaldırılan məsələlərin bir hissəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yerindəcə həll edildiyini qeyd edib. Araşdırma və əlavə müdaxilə tələb edən müraciətlər isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına yönləndirilib və nəzarətə götürülüb. Deputat bu məsələlərin icrasının diqqətdə saxlanılacağını və nəticələr barədə vətəndaşlara məlumat veriləcəyini vurğulayıb.
Görüş zamanı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı, təhsil və mədəniyyət sahəsində görülən işlər, həmçinin vətəndaşları maraqlandıran qanunvericilik yenilikləri barədə də fikir mübadiləsi aparılıb. Elnarə Akimova bildirib ki, seçicilərlə mütəmadi ünsiyyət qurmaq, onların problemlərini birbaşa dinləmək deputat fəaliyyətinin əsas prioritetlərindəndir.
Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Deputat isə seçicilərin müraciət və təkliflərinin bundan sonra da daim diqqətdə saxlanılacağını, onların həlli istiqamətində imkanlar daxilində bütün zəruri addımların atılacağını qeyd edib.

 

 

 

 


15-01-2026, 14:45 64

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102