Sumqayıtda reyd zamanı sahibkara qarşı münasibət müzakirə yaratdı - Video

 

Sumqayıtın Məhəmməd Əsədov küçəsində qanunsuz ticarətə qarşı reyd zamanı çəkilən görüntülər müzakirələrə səbəb olub.

Sumqayit.tv xəbər verir ki, sosial şəbəkələrdə görüntüləri paylaşan izləyicilər vəzifəli olduğu deyilən şəxsin sahibkara qarşı münasibətini kobudluq kimi qiymətləndirib, onun satılan malları müsadirə etməsinin qanunsuz olduğunu qeyd ediblər. 

Həmin şəxs yol kənarında meyvə satan sahibkara sərt şəkildə bu sözləri deyib: “Bura vətəndaşın yoludur, alma satmaq üçün yer deyil. Bunu səkidə satırsansa, sənin deyil. “Vsyo”, qoyun bunları maşına!”

Nəticədə malların mağazaya aparılmasına icazə verilməyib. Sözügedən şəxsin Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı olduğu bildirilir. 

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt ŞİH və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir: “Səkiləri zəbt edərək piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər aparılır.

Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulmuş, əhali üçün münasib qiymətlərlə məhsulların təklif edildiyi yarmarka fəaliyyət göstərir və küçə ticarəti ilə məşğul olan şəxslər üçün həmin yarmarkada müvafiq ticarət yerləri ayrılıb. Qanunsuz küçə ticarəti ilə məşğul olan satıcılarla aparılan izahat xarakterli söhbətlər zamanı onlara məhsullarını yalnız xüsusi ayrılmış bu ərazilərdə satmalarının zəruriliyi diqqətə çatdırılır.

Bildiririk ki, həyata keçirilən növbəti reyd tədbiri zamanı da vətəndaşa məxsus küçə ticarəti yolu ilə satılan məhsullar 18-ci mikrorayon ərazisində yerləşən yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılıb və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə olunub. Qabaqlayıcı tədbirlərin əsas məqsədi piyadaların sərbəst hərəkətinin təmin edilməsi, sanitariya-gigiyena normalarına riayət olunması və şəhər ərazisində qanunvericiliyin tələblərinə uyğun ticarət mühitinin formalaşdırılmasıdır.

Məlumat üçün bildiririk ki, reyd tədbirləri zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub”. /"Qafqazinfo"


19-01-2026, 11:26 51

Digər xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 20:57
Bu gün, 20:42
Bu gün, 20:28
Bu gün, 15:45
Bu gün, 15:23
Bu gün, 15:21
Bu gün, 13:08
Bu gün, 10:05
Bu gün, 09:53
Bu gün, 09:44
Bu gün, 09:11
Bu gün, 09:03
Dünən, 20:56
Dünən, 20:53
Dünən, 17:20
Dünən, 16:12
Dünən, 16:06
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:21
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 09:45
Dünən, 08:55
Dünən, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1066