Sumqayıtda təhlükə yaradan ağacla bağlı sakinlər narahatdır

Sumqayit.tv xəbər verir ki, Oxu.az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhər ərazisində qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin (DEEA) rəyi əsasında həyata keçirilir.

"Sözügedən ağacla bağlı da aidiyyəti üzrə müraciət olunacaq. Eyni zamanda, bildiririk ki, qeyd olunan ərazidə aqrotexniki qaydalara uyğun olaraq budanma işləri aparılıb, ağacın mövcud vəziyyəti nəzərə alınaraq təhlükəsizlik səviyyəsi təmin edilib.

Veriləcək rəy əsasında qısa müddət ərzində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək", - deyə məlumatda bildirilib.

DEEA-dan isə Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaşıllıqların götürülməsi qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaş müvafiq olaraq mülkiyyətçisi olan mərkəzi, yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə, onlar da öz növbəsində rəy alınması üçün DEEA-ya müraciət etməlidirlər.

"Ekspertlər tərəfindən sözügedən yaşıllıqlara yerində baxış keçirilir, ağacların quruma səbəbini müəyyən etmək məqsədilə torpaqdan nümunələr götürülərək analizlər aparılır və nəticələrə əsasən, qanunamüvafiq tədbirlər görülür.

Ağacların götürülməsinə müsbət rəy verildikdə götürülən hər bir ağacın əvəzinə yerli iqlimə xas yeni tingin əkilməsi şərti qoyulur, ağacların götürülməsi torpaq mülkiyyətçisi tərəfindən (müvafiq mərkəzi, yerli icra hakimiyyəti orqanı, bələdiyyə) təmin olunur", - deyə açıqlamada vurğulanıb.


*** 

Sumqayıt şəhərində qəzalı vəziyyətdə olan ağac sakinlərin narahatlığına səbəb olub.

Sumqayit.tv-ın məlumatına görə, şəhərin Ağa Quliyev küçəsində yerləşən ağacın aşmaq təhlükəsi olduğu bildirilir. Ərazidən həm piyadaların, həm də avtomobillərin intensiv istifadə etməsi vəziyyəti daha riskli edir.

Sakinlərin sözlərinə görə, güclü külək və ya digər amillər nəticəsində ağacın yıxılması ehtimalı var ki, bu da insanların təhlükəsizliyi baxımından ciddi problem yarada bilər.

Vətəndaşlar aidiyyəti qurumlara müraciət edərək problemin qısa müddətdə aradan qaldırılmasını xahiş edirlər.

Sumqayit.tv spzügedən videonu təqdim edir: 
Sumqayit.tv xəbər verir ki, Sumqayıt şəhərində qəzalı vəziyyətdə olduğ... | TikTok


2-03-2026, 19:49 158

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102