“Sumqayıt Tikinti Xidmət” ASC özəlləşdirilib

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tam gücü ilə fəaliyyət göstərməyən və ya ümumiyyətlə fəaliyyətini dayandırmış dövlət müəssisələrinin iqtisadi dövriyyəyə qaytarılması və inkişafı istiqamətində işləri davam etdirir. 

Belə ki, uzun müddət fəaliyyətini dayandırmış “Sumqayıt Tikinti Xidmət” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 dekabr 2021-ci il tarixində Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında yerləşən “Sumqayıt Tikinti Xidmət” ASC-nin nizamnamə kapitalının 99,91 faizini təşkil edən 129.799 səhminin satışı üzrə investisiya müsabiqəsi elan olunub. 12 yanvar 2022-ci il tarixində müsabiqə komissiyasının iclası keçirilib və müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra, komissiya tərəfindən açıq səsvermə yolu ilə “EVSAN” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqənin qalibi ilə 26 yanvar 2022-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, investor dövlət büdcəsinə 1.000.000 manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 1.510.000 manat təşkil edən İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
İnvestisiya Proqramına görə, dəmir-beton zavodunun qurulması, tikintidə istifadə olunan dəmir-beton dirək, müxtəlif təyinatlı tirlər, su novları, döşəmə panelləri, fasad və hasar divarları kimi məmulatların istehsalının təşkili planlaşdırılır. Layihə çərçivəsində investor tərəfindən beton qarışdırıcı, montaj texnikasının, iri tonnajlı körpülü kran, dəzgah və avadanlıqların alınması nəzərdə tutulur.
İnvestor tərəfindən İnvestisiya Proqramının bir il ərzində icrası, 30-dan az olmamaqla,  yeni iş yerlərinin yaradılması planlaşdırılır. Müəssisənin yenidən qurulması və fəaliyyəti tikinti məmulatlarının istehsalına şərait yaratmaqla yanaşı, bu məhsullara olan tələbatın ödənilməsinə töhfə verəcəkdir.

1-02-2022, 13:22 251

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064