Narkotik satan Sumqayıt sakini saxlanılıb


Balakəndə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul edib, onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edənlər tutulub. 

DİN-in Mətbuat Xidmətindən Sumqayit.tv-yə verilən məlumata görə, nəticədə 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.

Daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakinləri - əvvəllər bir neçə dəfə məhkum olunmuş Nurlan Rzayev və Elçin Kərəkməzli, eləcə də Sumqayıt sakini Zaur Rzayev saxlanılıb. Taksi fəaliyyəti ilə məşğul olan sonuncunun idarə etdiyi "Toyota” markalı avtomobilə baxış keçirilərkən 7 kiloqram 400 qram qurudulmuş marixuana, 2 kiloqrama yaxın heroin və 312 qram psixotrop maddə olan metamfetamin aşkarlanıb. Şəxsi axtarış zamanı N.Rzayevdən isə heroin götürülüb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Nurlan Rzayev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunub. Sonuncu dəfə isə həmin əcnəbi şəxsin narkotik vasitəni Balakən rayonu ərazisindən Gürcüstana keçirmək cəhdi baş tutmadığından o, kuryerindən Balakəndə olan narkotik vasitəni götürüb, Bakıya aparmasını istəyib.
Bunun qarşılığında isə Nurlana 5 min manat verəcəyəni bildirib. Razılığa gəldikdən sonra N.Rzayev tanışları Z.Rzayev və E.Kərəkməzli ilə Balakənə gəlib, narkotik vasitəni "WhatsApp” üzərindən ona göndərilən şəkillərdə göstərilən yerdən götürüb, geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

11-03-2022, 10:23 243

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064