“Sumqayıt Narkomaniyaya Yox Deyir” adlı növbəti görüş keçirilib


Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın, Sumqayıt şəhər Polis İdarəsi, şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Musiqi Kolleci, Təhsil Şöbəsi və Narkoloji Dispanserin birgə təşkilatçılığı ilə şəhər İncəsənət Məktəbində "Sumqayıt Narkomaniyaya Yox Deyir” devizi altında maarifləndirici xarakterli görüş keçirilmişdir.


Görüşün keçirilməsində məqsəd gəncləri sağlam həyat tərzi sürmələrinə təşfiq etmək, narkomaniya, tütün, alkoqol və digər psixatrop maddələrin mənfi təsiri ilə bağlı məlumatlandırmaq və onların bu sahədə davranışlarının təkmilləşdirilməsidir.
İlk öncə yeniyetmə və gənclərin əl işlərindən ibarət "Narkotiksiz Gənclik” adlı rəsm sərgisinə baxış keçirilmişdir.
Görüşdə çıxış edənlər şəhər Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Anar Əliyev, Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Ceyhun Hüseynov, şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmilə Fəyyaz, Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov və Sumqayıt Reabilitasiya Mərkəzinin psixoloqu Əzizə Güləhmədova Respublikamızda narkomaniya və narkobizneslə mübarizənin ən üst səviyyədə aparıldığını, şəhər Polis İdarəsinin aidiyyatı bölmələri ilə yanaşı ictimai təşkilatların da bu istiqamətdə fəallıqlarının artırıldığını qeyd etdilər. Bildirilmişdir ki, şəhərdə narkomaniya əleyhinə mütəmadi olaraq tədbirlər keçirilir, yeniyetmə və gənclərə narkomanların taleyi, narkomaniyanın fəsadları, sosial təsirləri və ondan qorunmağın yolları barədə məlumatlar verilir.
Sonda gənc musiqiçilərin ifasında musiqi nümunələri səsləndirilmişdir.

15-03-2022, 10:53 372

Digər xəbərlər

Sumqayıt şagirdləri ölkənin ən yüksək nəticə göstərənləri sırasında yer aldı

Sumqayıtda yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:37
Dünən, 20:15
Dünən, 14:58
Dünən, 14:56
Dünən, 14:50
Dünən, 14:41
Dünən, 14:38
Dünən, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1065