Sumqayıtda yerləşən "Səma" şadlıq sarayında nöqsan aşkarlandı- SİYAHI

Sumqayıtda "Səma" şadlıq sarayında nöqsanlar aşkarlanıb - SİYAHI
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən Sumqayit.tv-yə verilən məlumata görə, iyulun 10-11-də Quba rayonu, Vaqif küçəsi 151 ünvanında fəaliyyət göstərən "Qızıl Tac” şadlıq sarayında, Gəncə şəhəri, Vəli Xuluflu 131 ünvanında fəaliyyət göstərən "Şah Saray” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu faktları aşkar olunub. Belə ki, həmin şadlıq saraylarında 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət olunub və keçirilən baxış zamanı şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub.
Bundan əlavə, nəzarət tədbirləri çərçivəsində 11 şadlıq sarayında şənlik mərasimində xidmət göstərən işçi heyətin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkar edilib. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Pozuntular aşkar edilmiş şadlıq sarayları aşağıdakılardır:
    Bakı şəhəri, Nizami rayonu, T.Abbasov 20 ünvanında fəaliyyət göstərən "Sevinc” şadlıq sarayı;    Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən "Ağ Çiçəyim” şadlıq sarayı;    Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç., məhəllə 2347 ünvanında fəaliyyət göstərən "İmperator” şadlıq sarayı;    Sumqayıt şəhəri, 9-cu mkr, Ü.Hacibəyov küçəsində fəaliyyət göstərən "Səma" şadlıq sarayı;    Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində fəaliyyət göstərən "Briliant" şadlıq evi;    Qəbələ rayonu, Həmzəli kəndində fəaliyyət göstərən "Qəbələ Palace” şadlıq sarayı;    Quba rayonu, Əzizbəyov küçəsində fəaliyyət göstərən "Quba" şadlıq evi;    Göyçay rayonu, Qarabaqqal kəndində fəaliyyət göstərən "Kənan" şadlıq sarayı;    Kürdəmir rayonu, Karrar qəsəbəsində fəaliyyət göstərən "Miraj Palace" şadlıq sarayı;    Şəmkir rayonu, Bakı-Qazax yolunun 391 km-liyində fəaliyyət göstərən "Ceyhun” şadlıq sarayı;    Tovuz rayonu, Abulbəyli kəndi, "Uğurlu” şadlıq sarayı.
Aşkar olunmuş qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.

12-07-2021, 21:35 955

Digər xəbərlər

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Bu gün, 17:55
Bu gün, 13:11
Bu gün, 12:59
Bu gün, 12:33
Bu gün, 10:24
Dünən, 17:12
Dünən, 16:29
Dünən, 16:08
Dünən, 14:50
Dünən, 14:42
Dünən, 13:43
Dünən, 13:22
Dünən, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
1 2 3 4 5 6 7 8 9 10 ... 962