“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva


Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktor müavini Əzizə Abdıyevaya qarşı dələduzluq hərəkətlərinin detalları məlum olub. Bu dələduzluq işində bir çox vəzifəli şəxslərin adları çəkilib.

Sumqayit.tv
Musavat.com-a istinadən xəbər verir ki, Ə. Abdıyevaya qarşı dələduzluq edənlər onun həm saxta diplomunu təsdiqlədəcəklərini, həm də çalışdığı məktəbə direktor təyin etdirəcəklərini vəd ediblər.

2004-2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr təhsili alan Ə.Abdıyeva ifadəsində hadisənin təfərrüatını danışıb.
Bildirib ki, atası Elbəyi Abdıyevin mənzilində təmir briqadasının rəhbəri olmuş Elsevər Usubov onun 10 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyindən xəbərdar olduğu üçün ona direktor imtahanından keçməyi təklif edib.

Qeyd edək ki, bu söhbətlər gedən ərəfədə Ə.Abdıyevanın diplomunun saxta olduğu məlum deyilmiş. Direktor olmaq istəyən Ə.Abdıyeva diplomunun saxta olduğundan xəbər tutub. Bu haqda sosial şəbəkələrdə də məlumat yayılıb.

Ə.Abıyeva ifadəsində başına gələnləri belə danışıb: “Əvvəlcə Elsevər Usubov Hicran adlı tanışının diplomu yoxlatdırdığını, diplomun Təhsil Nazirliyinin portalından çıxarıldığını dedi. Diplomun portala daxil edilməsi və həqiqiliyinin tanınması üçün əvvəlcə 15 min manat pul istədi. Elsevər həmin pulu diplomun əsli ilə birlikdə Höküməyə, Hökümənin isə Hicrana, Hicranın da Təhsil Nazirliyində məsul vəzifələrdə işləyən tanışlarına verəcəyini bildirdi. Elsevər bir müddət sonra əlavə 28 min manat pul istədi”.

İşin həlli ilə bağlı Ə.Abdıyevanı Anar Axundov adlı şəxslə də görüşdürüblər. O, Anar Axundov adlı şəxslə Təhsil Nazirliyinin qarşısında görüşüb. Anar Axundov ona imtahanda iştirak etmək üçün toplamalı olduğu sənədlərin siyahısını təqdim edib. Həmçinin imtahana hazırlaşmağı da məsləhət görüb. Sonra Ə.Abdıyevaya imtahan sualları da verilib ki, hazırlaşsın.
“Hicranın təşəbbüsü ilə Anar və Qismət adlı şəxslə Sumqayıt Regional Təhsil İdarəsinin binasında da görüşmüşük. Orada məlum oldu ki, diplom təsdiqlənməyib. Hicrandan soruşanda həll etməyə çalışdıqlarını dedi.

Məni Faiq adlı şəxslə də görüşdürdülər. Faiqin Təhsil Nazirliyində regional təhsil idarələrinə nəzarət edən şöbənin rəisi Arzu Səlimovun köməkçisi kimi təqdim etdilər. Faiq müəyyən sənədləri hazırlamaqla bağlı siyahı verdi.

Mənə imtahanın vaxtı və yeri barədə məlumat verdilər. Hətta sualları verəcəklərini dedilər. Bir neçə gün sonra Anar mənimlə görüşüb test imtahan suallarını təqdim etdi. Sualları Qismətin əldə etdiyini söylədi”,- deyə Ə.Abıyeva fikirlərinə əlavə edib.

İmtahan vaxtı çatanda isə ona hələ sənədlərin hazır olmadığını bildiriblər: “Sonra mənə dedilər ki, işi “möhtərəm müəllim” nəzarətə götürüb. Amma kim olduğunu bilmirdim. Hicran və Elsevərlə birlikdə Sumqayıt Regional Təhsil İdarəsinə getdik. Orada Aydınla birlikdə Sumqayıt Regional Təhsil İdarəsinin rəisi İlhamə xanımın qəbuluna girdik. İlhamə xanım bildirdi ki, diplomun təsdiq olunması üçün məhkəməyə müraciət etmək lazımdır”.

O, 98 min manatdan 43 min manatını diplomun təsdiqi, 55 min manatı isə direktor vəzifəsinə təyin olunmaq üçün verdiyini söyləyib.

Ə.Abdıyeva ifadəsində göstərib ki, təqsirləndirilən şəxslərdən Hicranın əvvəlcə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova olduğunu düşünüb. Çünki Elsevər Usubov Hicranı o cür təqdim edibmiş: “Hicranı şəxsən gördüm. Elsevər həmin xanımın Hicran Hüseynova olmadığını və səhv başa düşdüyünü bildirdi”.

Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxslər Ə.Abdıyevadan aldıqları diplomu sonradan ona yeni diplom kimi də qaytarıblar. Bununla da yenidən vaxt qazanıblar.
Ona imtahana buraxılış vərəqəsi də verilib. Lakin buraxılış vərəqəsində onun adı yazılsa da, başqa bir şəxs tərəfindən imzalanıb. Ə.Abdıyeva başa düşüb ki, ona verilən buraxılış vərəqəsi saxtadır.

2021-ci ildə tutduğu vəzifədən azad edilən Ə.Abdıyeva qeyd edib ki, 98 min manatdan cəmi 27 min manatını geri ala bilib.

Qeyd edək ki, istintaq müddətində Elsevər Usubov vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əliyeva 5 il 6 ay, Aydın Cəfərov isə 7 il həbs cəzası alıb. Digər iki nəfərə isə şərti cəza verilib.

23-12-2024, 15:07 82

Digər xəbərlər

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Bu gün, 13:11
Bu gün, 12:59
Bu gün, 12:33
Bu gün, 10:24
Dünən, 17:12
Dünən, 16:29
Dünən, 16:08
Dünən, 14:50
Dünən, 14:42
Dünən, 13:43
Dünən, 13:22
Dünən, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
1 2 3 4 5 6 7 8 9 10 ... 962