SDU-un rektoru müsvirinə vəzifə verildi

 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tədris işləri üzrə prorektoru Qasım Məmmədov vəzifəsindən azad olunub.

Sumqayit.tv xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

67 yaşlı Q.Məmmədov uzun illərdir həmin postda çalışırdı.

Nazirin digər əmrinə əsasən, Rza Məmmədov ADNSU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə gətirilib.

Qeyd edək ki, Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə başa vurub. Ali təhsilinə Türkiyənin Anadolu Universitetində başlayıb və 2007-2010-cu illərdə "İqtisadiyyat" ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib.

2011-ci ildə Naxçıvan Dövlət Universitetində "Dövlət və bələdiyyə idarəetməsi" üzrə magistr təhsilinə qəbul olunub və 2014-cü ildə magistr dərəcəsi alıb. Daha sonra 2014-2018-ci illərdə Türkiyənin Eskişehir Osmangazi Universitetində "Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı" üzrə doktorantura təhsili alıb. O, bu sahədə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Bu dərəcə 2021-ci ildə Azərbaycanda nostrifikasiya olunub.

Rza Məmmədov 2011-ci ildən bəri müxtəlif akademik və inzibati vəzifələrdə çalışıb. 2023-cü ildən ADA Universitetində magistr proqramlarında dərs deyir və dissertasiya rəhbərliyi edir. Həmin ildən "Naxçıvan" Universitetində Elm, İnnovasiyalar və Beynəlxalq Əlaqələr üzrə prorektor, eyni zamanda idarəetmə kafedrasının dosentidir.

O həmçinin Azərbaycan İdman Akademiyasında rektorun elmi məsələlər üzrə məsləhətçisi, Sumqayıt Dövlət Universitetində rektorun müşaviri və "Biznesin idarə edilməsi" kafedrasının dosenti olub. 2025-ci ilin martından ADNSU-da rektorun idarəetmə məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rza Məmmədov təhsilin idarəedilməsi, liderlik və strateji yanaşmalar sahəsində 10-dan çox kitabın müəllifi və həmmüəllifi, 15-ə yaxın beynəlxalq məqalənin və 20-dən çox konfrans çıxışının müəllifidir.

5-08-2025, 12:33 277

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102