Nazir müəllimlərin maaşlarını açıqladı – Kim nə qədər əməkhaqqı alır?

Bəzi müəllimlərin həftəlik dərs yükünün az olması onların aylıq əməkhaqqına birbaşa təsir göstərir.

Sumqayit.tv xəbər verir ki, bunu Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, müəllimlərin 12 faizini təşkil edən 14 372 nəfər həftədə orta hesabla cəmi 8 saat dərs keçdiyi üçün 500 manata qədər əməkhaqqı alır.

O bildirib ki, ölkədə ən böyük müəllim qrupu 500–1000 manat aralığında maaş alanlardır. Bu kateqoriyaya daxil olan 45 126 müəllim həftədə orta hesabla 17 saat dərs deyir və ümumi müəllimlərin 39 faizini təşkil edir.

Emin Əmrullayev qeyd edib ki, dərs yükü artdıqca müəllimlərin gəlirləri də yüksəlir. Belə ki, həftədə orta hesabla 25 saat dərs deyən 40 240 müəllim aylıq 1000–1500 manat, həftədə 31 saat dərs yükü olan 14 228 müəllim isə 1500–2000 manat əməkhaqqı alır.

Nazirin sözlərinə görə, 2000 manatdan çox maaş alan müəllimlərin sayı 1 426 nəfərdir. Bu, ümumi müəllim heyətinin təxminən 1 faizini təşkil edir və həmin müəllimlərin həftəlik orta dərs yükü 34 saatdır.


Bu gün, 11:36 9

Digər xəbərlər

Bu gün, 12:29
Bu gün, 11:43
Bu gün, 11:36
Bu gün, 11:06
Bu gün, 10:33
Bu gün, 10:26
Bu gün, 10:24
Dünən, 20:46
Dünən, 18:34
Dünən, 18:27
Dünən, 17:16
Dünən, 15:49
Dünən, 15:37
Dünən, 15:34
Dünən, 14:46
Dünən, 14:30
Dünən, 14:25
Dünən, 14:16
Dünən, 13:19
Dünən, 13:10
Dünən, 12:29
Dünən, 11:52
Dünən, 11:43
Dünən, 11:38
Dünən, 11:26
Dünən, 09:30
Dünən, 07:59
28-06-2026, 21:20
28-06-2026, 16:36
28-06-2026, 16:12
28-06-2026, 15:08
28-06-2026, 15:00
28-06-2026, 11:11
28-06-2026, 10:14
28-06-2026, 09:50
28-06-2026, 09:44
27-06-2026, 23:41
27-06-2026, 23:36
27-06-2026, 23:28
27-06-2026, 23:27
1 2 3 4 5 6 7 8 9 10 ... 1069