Ukrayna müharibəsi: Putinin casus ovu, saraydaxili didişmələr, Baxmut düyünü - TƏHLİL

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibənin nəticələrinin Moskvanın xeyrinə yekunlaşdırılması üçün tapşırıqlar paketini hakim zümrə qarşısına qoyur.
Ondan ötrü ki, Putin Ukraynadakı müharibəyə dair elita arasında dəstəyin olmamasından narahatdır və onlara müxtəlif təzyiqlər edilməsi mümkündür.
Rusiyanın Ukraynadakı taktiki məğlubiyyətləri Moskvanın hiddətini artırır və Putin nə olursa-olsun Kiyevi məğlub etməkdən ötrü müxtəlif yollar axtarır.
Hələlik isə Rusiya cəbhədəki uğurlarını göstərmək üçün Baxmut bölgəsində keçirdiyi hərbi əməliyyatları kulminasiya nöqtəsinə yaxınlaşdırmağı hədəfləyir.
Təbii ki, Qərblə danışıqlara getmək, Ukrayna ərazisinin didilməsi kampaniyasının “xeyir”ləri barədə fikirlərə NATO-nu inandırmaq da Moskvanın “sülh gündəliyi”nin məzmununda yer alır.
Rusiyanın Ukraynada başladığı hərbi kampaniyanın davamı Kiyevi mürəkkəb dövrə daxil edir və Kremlin özündə yaşanan hərbi-taktiki uğursuzluqlara görə günah keçisi axtarmaq şakərləri inkişaf edir.
Ukraynadakı müharibəni, onun gedişatlarını və nəticələrə dair proqnozları səthi təsviri ifadələrlə izah etmək düzgün deyil, çünki şiddətli döyüşlər davam etdikcə dünya siyasi nizamı hər atılan mərmi ilə bir pillə geriyə gedir.
Ukrayna - beynəlxalq münasibətlər sisteminin dağıdılaraq onun yerində yenisinin inşa edilməsi cəhdlərinin sınandığı meydandır.
Ukrayna öz ərazi bütövlüyü və suverenliyinin təmini üçün müdafiə qalxanını qaldırsa da və cəbhədə bir sıra uğurlar əldə etsə də, hələ Kiyevin qələbəsindən danışmaq çox tezdir, çünki qarşıda min kilometrlərlə uzanan işğal zolağını yarmaq vəzifəsi dayanır.
Rusiya işğal zonasının müdafiəsini gücləndirir, çünki Qərbin Ukraynaya verdiyi silahlar və Kiyevin əks-hücum əməliyyatları nəticəsində həmin əraziləri itirəcəyindən ehtiyatlanır.
Rusiyanın qorxuqarışıq ehtiyatları arta-arta Kremldə saraydaxili didişmələr və vəzifələr uğrunda savaş başlayır, yəqin ki, indi müdafiə naziri Sergey Şoyqu, baş qərargah rəisi Valeri Gerasimovun vəzifələrinə göz dikənlər az deyil.
Putinin casus ovuna çıxması isə vəzifə hərislərinin xeyrinədir və onlar indi devirmək istədikləri şəxslər haqqında kompromat toplamaqla, Ukraynadakı savaşın cari nəticələrinin günahını kimlərəsə yükləməklə məşğuldurlar, hərçənd ki, elə ali mənsəb yiyələrinin özlərinin də günahı az deyil.
Ukraynadakı müharibə Kiyevi bir başqa, Moskvanı isə məzmunca fərqli tilsimli dairənin içərisinə itələyir, lakin kənar müşahidəçilər bu tamaşanı seyr edərək daha çox özlərinə ziyan gəlməməsini düşünür və qazanclarını bollaşdırırlar.
Moskvanın hədələrinin limiti keçdikdə isə NATO bir qədər geri çəkilir və Ukraynanı danışıqlara qoşmaq üçün əlindən gələni edir.
Sülh danışıqları məqbul variantdır, lakin tərəflərin müharibəni sonlandıra biləcək gündəliyi daban-dabana ziddiyyətlərlə doludur. Rusiya isə belə bir məqamda yenidən Belarus ərazisindən Ukraynanın şimalına hücumlar etməyi planlaşdırır.
Bu planın baş tutmaq ehtimalı zəif olaraq qiymətləndirilsə də, Rusiyanın genişmiqyaslı müdaxilə ilə bağlı planlarının olduğunu göstərir.
Bu həm də onun nişanəsidir ki, Rusiya ilə Qərb arasında gizli təmaslarda nəticə hasil olunmur və Moskva hərb variantını təzyiqedici mexanizm kimi böyüdərək Ukraynanı niyyətinin ölçüsü barədə xəbərdar edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın tələbini irəli sürüb – ABŞ Kremlin tələblərini qəbul etməli və Ukraynanı həmin şərtlərə məcbur etməlidir.
Bu qayə o deməkdir ki, Rusiya əks təqdirdə Ukrayna meydanını xarabalığa döndərmək üçün başqa əməliyyatlar hazırlayır.
Rusiya Baxmutu tuta bilsə, bu, Ukrayna üçün çətin olacaq və mümkündür ki, bundan sonra müharibə tərəfləri yorğun düşən qüvvələri “dincəlməyə” göndərəcəklər.
Ancaq Rusiya bir yerdə uğur qazananda digər yerdən zərbə alır, Ukraynanın hərbi əməliyyat planlarının Qərbdə effektiv hazırlanması üçün işlərin getdiyini deyə bilərik.
Yəni hadisələrin hansı axara girəcəyi Rusiyanın hücum, Ukraynanın əks-hücum əməliyyatlarının miqyasından və nəticələrindən asılı olaraq qalmaqdadır.

28-12-2022, 17:03 114

Digər xəbərlər

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 16:36
Bu gün, 16:12
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1068