“Belə getsə, Rusiyanı Qafqazdan da çıxaracaqlar” – Moskva üçün “ölüm fərmanı”


Tez-tez xarici mediada erməni ekspertlərin sülh müqaviləsinin yaxın vaxtlarda imzalanacağına dair səsləndirdikləri fikirlərin şahidi oluruq. Məlum olduğu kimi hazırda dünya ölkələri gərgin vəziyyətdədir. Demək olar ki, bir çox bölgədə eskalasiya, müharibə gedir, gərginlik yaşanır. Bütün bunların fonunda Azərbaycan və Ermənistanın sülh müqaviləsini tezliklə imzalayıb-imzalamayacağı sual doğurur.
Yaxın günlərdə sözügedən proses baş tuta bilər? 
Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, bu gün dünyada baş verən hadisələr elə sürətlə inkişaf edir ki, istənilən an hansısa ölkədə hərbi, siyasi qarşıdurma baş verərsə, buna təəccüblənməməliyik:
“Azərbaycan və Ermənistan arasında yaxın günlərə sülh müqaviləsi imzalanarsa, bu, təəccüblü olar. Çünki sülh sazişinin imzalanma məsələsi Azərbaycanla Ermənistanın iradəsində deyil. Əgər belə olsaydı, bir neçə detalları çıxmaq şərti ilə bütün şərtlər razılaşdırılıb, müqavilə imzalanardı. Hegemon dövlətlər bu gün iki ölkə arasına sülh sazişinin imzalanmasında maraqlı deyil. Buna da hər vəchlə mane olmağa çalışırlar. Rusiya sözügedən prosesdə əsas rol oynayan dövlətdir. Sülh sazişi imzalanarsa, Kremlin Qafqazda heç bir işi qalmayacaq”.
Politoloqun sözlərinə görə, Suriyanın ardınca Qafqazda da məğlubiyyətin olması Rusiyanı acınacaqlı vəziyyətə salacaq:
“Qərbin bir sıra dairələri də rəsmi Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Bunun əsas səbəbi nədir? Dünyanın bir çox nöqtələrində qarşı-qarşıya gələn Rusiya və Qərb dünyası istəyir ki, baş tutacaq sülh sazişi onların diqtəsi, istəyi ilə həyata keçirilsin. Beləliklə həmin regionlarda öz mövqelərini gücləndirmiş olacaqlar.
Ona görə də Azərbaycan və Ermənistan arasında yaxın günlərdə sülh müqaviləsinin imzalanmasını gözləmirəm. Lakin istisna da etmək olmaz. Çünki əsas mübarizə Rusiya və Qərb arasında gedir. Qərb Suriyada, o cümlədən çox yerdə Rusiyanın əlini-qolunu kəsib. Proses bu formada davam edərsə, Qafqazdan da Rusiyanı çıxardacaqlar”.
Safura Bənnayeva

9-12-2024, 22:08 104

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102