Rusiyanın başına od ələnir – “Məğlubiyyət qaçılmazdır”


Bir neçə gün öncə Çeçenistanın Qroznı şəhərində baş verən partlayışın Ukrayna tərəfindən törədildiyinə dair xəbərlər yayıldı. Məlumata görə, bu, pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində ola bilər.
Bundan başqa, hədəfin xüsusi təyinatlıların kazarması olduğu iddia edilir. Baş verənlərdən belə aydın olur ki, Ukrayna Çeçenistanı vurursa, deməli, artıq Rusiyanın ucqar subyektlərinə doğru irəliləyib.
Novosibirsk şəhərinin Kirovski rayonundakı anbarda baş verən şübhəli yanğın da diqqətləri Ukraynaya yönəldir. Rusiya hərbi və texnogen hücumla üz-üzədir. Bu, nədən xəbər verir?
Rusiya Ukraynaya məğlub ola bilərmi?
Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, hər iki şəhərdə baş verən partlayış Qərblə Rusiya arasında başlayan müharibənin artıq Rusiya ərazisində getdiyini göstərən faktlardır.
elcin abdullayev
Elçin Abdullayev
Politoloq Rusiyanın çoxdan məğlub olduğunu qeyd edib:
“Əslində, Rusiya Qərb qarşısında bu gün uduzmayıb. Mənə görə, Rusiya 2008-ci ildə Gürcüstanın 20 faiz torpağını işğal edib 80 faizini Qərbə verməklə məğlub oldu. Sonrakı proseslərə də baxanda istər Liviya, istər Suriya, istər Orta Asiyada Rusiya zəifləyib. O, əvvəlki mövqeyini saxlaya bilmir. İndi gedən savaşda da demək olar ki, Ukrayna Rusiyanı bütün sərhədlərdə həlqəyə alıb, od vurub, bir neçəsini isə yandırıblar”.
E.Abdullayevin fikrincə, hazırda Gürcüstanda baş verən hadisələr narahatedicidir:
“Çünki bunun sonunun necə olacağını, hansı formada bitəcəyini biz bilmirik. Amma hər halda xoş bir hadisə deyil və ola bilsin, Rusiya üçün ikinci bir cəbhəni Gürcüstanda açsınlar. Bu məsələlərin hamısını nəzərə alaraq hesab edirəm ki, Rusiya artıq məğlub olduğunu dərk etməlidir. Lakin hələ müdafiə olunmağa çalışırlar. Bilirsiniz, şahmatda belə bir termin var – əgər rəqib sizin 7-ci xananızda dayanıbsa, deməli, qalib gəlmək şansınız sıfıra bərabərdir. Fikrimcə, bu gün Rusiyanın sərhədlərini yandıran Qərb, həm də onun daxilində müəyyən hadisələri törətməklə vəziyyəti gərginləşdirməyə çalışır. Ona görə də rusların bu savaşda qələbə əldə etməsi mümkünsüz görünür”.

13-12-2024, 20:10 121

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102