SSRİ-nin İrandakı casus şəbəkəsini çökdürən adam – Onun adı Papaya sui-qəsd cəhdində də çəkilir

İslam inqilabdan sonra İranla SSRİ arasında iqtisadi və siyasi əlaqələr, demək olar ki, minimum həddə olub. Hər iki ölkənin ticarət nazirliklərinin heç bir məsul işçisi digər ölkəyə səfər etməyib. Yalnız İranın İslam Şura Məclisi sədrinin SSRİ-yə səfərindən sonra (1989) ticarət nazirliklərinin də məsul işçiləri qarşılıqlı səfərlər ediblər. Tərəflər bir-birindən öz məqsədləri üçün istifadə etməyə çalışıblar. Nəticədə Tehran ölkədə marksist-leninist ideyalara əsaslanan İran Xalq Partiyasının (İXP) fəaliyyətinə qismən göz yumub. Lakin müəyyən müddətə qədər.
İrandakı kommunistlərin bir çox dövlət və təhlükəsizlik orqanlarında öz adamları olub. Mübarizə üçün lazım olan maliyyə və silah onlara SSRİ-dən qanunsuz yollarla ötürülüb. İXP ilə Moskva arasında hər hansı əlaqənin açıqlanması partiyanın fəaliyyətinin qadağan edilməsinə və onun adamlarının məhvinə səbəb olardı.
af66caa9-b82f-465f-9e9b-0f298dfb4801.jpg (160 KB)
Odur ki, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin mayoru Vladimir Kuziçkin İrana məhz bu çətin daxili siyasi vaxtda gəlib. Yüksək nüfuza malik olan Vladimir hətta Asiya və Afrika Ölkələri İnstitutunun İran şöbəsinə daxil olub.
Orta məktəbi yaxşı qiymətlərlə bitirən Kuziçkin sovet ordusunda hərbi xidmət keçib və kommunist olub. Fəal tələbə diqqət çəkib və DTK-nın ilk və əsas idarələri üçün mütəxəssislərin hazırlandığı Krasnoznamensk institutunda oxumağa göndərilib. Məktəbi bitirdikdən sonra Kuziçkin xaricdəki qeyri-qanuni şəxslərlə əlaqə saxlayan gizli “S” idarəsinə işə qəbul olunub. Tehranda Vladimir Moskva ilə qeyri-rəsmi əlaqə kanalı saxlayıb və İran kommunistləri onun vasitəsilə pul alıblar.
368a67eb-3024-4cc2-8717-dd7ec85fabf7.jpg (201 KB)
Ehtimal edilir ki, yuxarı rəhbərliyin komissiyası gələnə qədər o, gizli sənədlərin olduğu zərfi itirib, qorxaraq qaçmaq qərarına gəlib. Həmin dövrdə Britaniyanın “Mİ6”-sı Şərq ölkələrində güclü mövqe tutub. Odur ki, Kuziçkin diqqət mərkəzində olub və “Mİ6”-nın əlinə keçib. O, siyasi sığınacaq müqabilində ingilislərə İrandakı DTK rezidensiyalarının strukturu və tərkibi haqqında məlumat verib, əlaqə saxladığı Kommunist Partiyasının bütün üzvlərini və onların köməkçilərinin adlarını açıqlayıb.
Mövcud vəziyyəti öz xeyrinə çevirmək istəyən ingilislər və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əldə etdikləri məlumatları Xomeyninin məxfi xidmətlərinə ötürüblər. Bunun ardınca İXP üzvlərinə və onların dövlət orqanlarındakı nümayəndələrinə qarşı amansız repressiyalar baş verib. Kommunistlər yenidən gizli fəaliyyətə keçmək məcburiyyətində qalıblar və Sovet İttifaqı İranın fəaliyyətinə ölkə daxilindən nəzarət etmək imkanını itirib.
Əməliyyatdan sonra bir neçə yüz iranlı kommunist zindanlarda qətlə yetirilib. İrandakı bütün sovet agentlərinin siyahısını Ronald Reyqanın Xomeyniyə ötürməsi xəbərini 1986-cı ilin 21 noyabrında "The Times" yayıb.
64ad7741-f65c-4c5a-9e50-088a17065242.jpg (154 KB)
Kuziçkin “Mİ6”-nın köməyi ilə gizli şəkildə əvvəlcə Türkiyəyə, oradan isə Böyük Britaniyaya aparılıb. Sovet İttifaqı satqınların öldürülməsi ilə məşğul olan “S” xüsusi idarəsi vasitəsilə xaini cəzalandırmağa cəhd edib. Lakin əməliyyat uğursuz olub və keçmiş mayor sağ qalıb.
Kuziçkin ilk dəfə Qorbaçovun hakimiyyəti dövründə ailəsinə qayıtmağa cəhd edib. O, həyat yoldaşına zəng edərək SSRİ-yə gəlməsinə icazə verilərsə, günahını yumağa və cəzasını çəkməyə hazır olduğunu bildirib. Yeltsinin dövründə ikinci dəfə geri qayıtmaq cəhdi olub. Hər iki dəfə o, imtina cavabını alıb.
Xaricdə Vladimir Kuziçkin öz tərcümeyi-halını çap etdirib, lakin kiçik tirajla. Kitaba tələbat olmayıb və Rusiyada da nəşr olunmayıb. Spirtli içkiyə olan aludəliyinin onun ölümünə səbəb olduğu və Britaniya kəşfiyyatından əlavə dəstək almadığı barədə fərziyyələr də mövcuddur.
c60084ba-7b92-41d2-9be1-d779b00b4cbf.jpg (138 KB)
Türkiyədə 1 fevral 1979-cu ildə “Milliyyət" qəzetinin baş redaktoru Abdi İpəkçinin ölümü rezonans doğurub. Onun qətlində şübhəli şəxs qismində Mehmet Əli Ağca saxlanılıb. Elə həmin ilin sonunda o, Maltəpə hərbi həbsxanasından hərbi geyimdə qaçırılıb. 30 avqust 1980-ci ildə o, Faruk Özgünün adına çıxarılmış pasportla Bolqarıstana gedib və bir il sonra Vatikanda Papa II İoann Paveli tapança ilə vurub. Papa bu sui-qəsd zamanı ağır yaralanıb, amma sağ qalıb. Mehmet Əli Ağca bildirib ki, məhz mayor Kuziçkin ona Papanı öldürməyi əmr edib.
2006-cı il martın 2-də İtaliya parlamentinin Paolo Qutsantinin başçılıq etdiyi xüsusi komissiyası II İoann Pavelə sui-qəsd cəhdinin hallarının araşdırılmasına dair hesabatdan çıxarışlar dərc edib.
Mənbə kimi Qutsanti 1992-ci ildə Böyük Britaniyaya qaçmış DTK arxiv idarəsinin keçmiş rəhbəri Vasili Mitroxinin təqdim etdiyi sənədləri və Bolqarıstan xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyü iddia edilən Ağcanın özünün ifadəsini göstərib. Qutsanti rəsmi olaraq bildirib ki, Papaya qarşı sui-qəsddə SSRİ DTK-nın əli olub.
// Musavat.com 

18-01-2025, 18:12 47

Digər xəbərlər

Dünyadan hörmətlə köçməyi öyrənməliyik - İBARƏT

Türkmənistan lideri Azərbaycana gəldi

Sumqayıtın bu ərazisində məhəllə komitələrinə seçki prosesi ilə bağlı növbəti görüş keçirilib-FOTOLAR

Sumqayıtda sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub

Sumqayıtda ev almaq istəyənlərin NƏZƏRİNƏ

Arvadını pəncərədən ataraq öldürən şəxslə bağlı Sumqayıt Məhkəməsinin QƏRARİ

Sabah 40 dərəcə isti olacaq – Sumqayıt və çimərliklərdə hava necə olacaq?

Parisin "sülh göyərçini" təqdimatı: Makron erməni tərəfkeşliyindən əl çəkmir ŞƏRH

Sumqayıtda 16 yaşlı oğlan qadını vurub öldürdü

Sumqayıtda "motoxuliqanlıq" edən sürücü saxlanıldı 

Sumqayıtda mebel fabrikində güclü yanğın nəticəsində, süngər anbarı tamamilə külə döndü

Sumqayıtda 6 gün öncə motosikletin vurduğu piyada xəstəxanada ölüb

Sumqayıt Bələdiyyəsinin sosial yönümlü fəaliyyət planı davam edir: Şəhid Gəray Məmmədov küçəsinə yeni asfalt örtüyü çəkildi-FOTOLAR

Uğurlu layihələrin müəllifi

Sumqayıta hərbi prokuror təyin edildi

Sumqayıtda qadına qarşı zorakılığa görə, məhkəmə hökm çıxardı

Sumqayıtda 21 yaşlı oğlan qonşu qadını bıçaqlayıb

Sumqayıtda ətraf mühitə zərər vuran “Elat" quşçuluq fabriki çayı çirkləndirib - FOTO

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin iki illiyi qeyd olundu - FOTO

Böyük dövlətlərin dünyanı bölmək şakəri

1 2 3 4 5 6 7 8 9 10 ... 966
Bu gün, 15:38
Bu gün, 11:17
Bu gün, 10:20
Bu gün, 10:16
Dünən, 18:27
Dünən, 17:51
Dünən, 17:45
Dünən, 17:37
Dünən, 12:52
Dünən, 12:39
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:41
Dünən, 11:38
14-07-2025, 17:14
14-07-2025, 16:58
14-07-2025, 16:55
14-07-2025, 16:33
14-07-2025, 16:25
14-07-2025, 14:18
14-07-2025, 13:08
14-07-2025, 12:37
14-07-2025, 12:22
14-07-2025, 11:51
14-07-2025, 11:34
13-07-2025, 12:09
12-07-2025, 20:06
12-07-2025, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
1 2 3 4 5 6 7 8 9 10 ... 966