“Zirehli portfel” - Andropovun Brejnevin yataq otağından oğurladığı sənədlər

 

Sovet lideri Leonid Brejnevin ölümü bağlı müəmmalar çoxdur. Onlardan biri də baş katibin ölüm hadisəsi yerinə ilk gələn Yuri Andropovun “zirehli potrfeli” götürməsi barədədir.

1970-ci illərin ortalarında Leonid İliçin səhhəti böyük iş yükü və insultun nəticələri səbəbindən ciddi şəkildə pisləşib. Ona yaxın olanların dediyinə görə, Brejnev gücünün azaldığını hiss edərək, Siyasi Büro iclaslarında ən azı altı dəfə istefa məsələsini qaldırıb. Bununla belə, yüksək partiya rəhbərliyinin üzvləri yekdilliklə onu yuxu dərmanlarından asılılığının artmasına göz yumaraq, vəzifəsində qalmağa çağırıblar. Beləliklə, Brejnev daha bir neçə il ölkə rəhbərliyində qalıb.

sel-4.jpeg (57 KB)

Onun həyatı 1982-ci ilin noyabrına keçən gecə Moskva yaxınlığındakı “Zareçye-6” bağ evində başa çatıb. Rəsmi məlumata görə, ölümə səbəb qan laxtalanması olub. Hadisə qəfil baş verib: axşam baş katibin əhval-ruhiyyəsi yaxşı olub, sakitcə şam yeməyi yeyib və televizora baxdıqdan sonra yatmağa gedib. O, taleyüklü bir təsadüf nəticəsində, həmişəki kimi, ailələri ilə vaxt keçirməli olduqlarını düşünərək növbətçi həkimləri evə göndərib.

Brejnevin cansız cəsədini ilk olaraq mühafizəçilər aşkar ediblər. Bəzi məlumatlara görə, onun həyat yoldaşı Viktoriya Petrovna da yataq otağına daxil olub, lakin ərinin böyrü üstə uzandığını görüb onun yatdığını zənn edib. Baş katibə ürək masajı etməyə cəhd edən mühafizəçi Vladimir Sobaçenkov dərhal səhiyyə naziri Yevgeni Çazovu çağırıb.

Çazovun özünün dediyinə görə, başa düşmək üçün bir baxış kifayət olub: Brejnev bir neçə saat əvvəl vəfat edib. Rəsmi versiyaya görə, təcili gəlmək xahişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri Yuri Andropova zəng edən o olub. Ancaq bir çox şahidlər Andropovun bağ evinə həkimlərdən əvvəl gəldiyini bildiriblər. Nə olursa ,olsun, Yuri Vladimiroviçin Brejnevin yataq otağından “zirehli portfeli” götürdüyü məlumdur.

sel-2.jpeg (41 KB)

“Qorbaçovu hakimiyyətə kim gətirdi?” kitabının müəllifi Aleksandr Ostrovskinin fikrincə, Andropov Brejnevi ölümə məhkum edib. Məsələ burasındadır ki, Leonid İliçin ölümü təsdiqlənməzdən əvvəl keçmiş DTK şefinin, hazırkı MK katibinin əlində portfel olub. Üstəlik, Andropov gedəndə reanimasiya qrupu hələ bağ evini tərk etməyib. Çazov Yuri Vladimiroviçin sonda ona dediyini xatırladıb: “Biz təcili olaraq Mərkəzi Komitənin plenumunu çağırmalıyıq”.

Yuri Andropovun ələ keçirməyə bu qədər can atdığı “zirehli portfel”də nə olub? Valeri Şambarov “Sovet imperiyasının ölümü” kitabında yazıb ki, Leonid Brejnev özü portfeldə Siyasi Büronun bütün üzvlərinə qarşı kompromatların olması ilə bağlı zarafat etməyi xoşlayıb. Doğrudan da, Brejnev bu portfeli saxlamaq üçün yalnız təhlükəsizlik rəisinə verib. Lakin portfeldə ittihamedici materiallarla yanaşı, mürəkkəb kodlar da olub.

sel-5.jpeg (95 KB)

Brejnevin kürəkəni, daxili işlər nazirinin müavini Yuri Çurbanov öz xatirələrində qayınatasının hər yerdə özü ilə portfel gəzdirdiyini və orada hansısa kodlar olduğunu təsdiqləyib. Lakin Çurbanov etiraf edib ki, o, əslində Brejnevin “zirehli portfel”ində ifşaedici materialların olduğunu bilməyib.

“SSRİ” nəşrinin müəllifi Aleksandr Poçeptsov yazır ki, Leonid İliçin dövlət sənədlərini bu qədər diqqətlə mühafizə etməsi mümkün deyil. Çox güman ki, portfeldə həqiqətən də ittihamedici sübutlar olub: “Bu materiallar Yuri Andropovun tərcümeyi-halındakı qaranlıq məqamlarla bağlı ola bilərdi”.

Brejnevin DTK sədri vəzifəsindən uzaqlaşdırdığı Vladimir Semiçastnı iddia edib ki, baş katibin Kupriyanovdan Andropovun “Leninqrad işi” adlanan edam işində həddindən artıq canfəşanlığı haqqında iki qalın dəftər olub.

Karel-Fin MSSR-in kompartiya rəhbəri Gennadi Kupriyanov repressiyalarda Andropovun əli olduğuna dair sübutlar toplayıb. Kupriyanovun dosyesi sonradan Brejnevin əlinə keçib. Poçeptsov hesab edib ki, ona görə Andropov bağ evinə tələsik gəlib və “zirehli portfel”i ələ keçirib.

//Musavat.com 


3-11-2025, 14:38 111

Digər xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1066