“Sumqayıt hadisələrinin Azərbaycana qarşı qanlı təxribat olması tam sübuta yetirilib”- Nigar Məmmədova

"1988-ci il azərbaycanlılara qarşı etnik təmizləmə və işğal siyasətinin ilk işartıları Sumqayıtda özünü göstərməyə başladı. Belə ki, məhz 1988-ci ildən etibarən dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı guya qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyası təbliğ olunurdu. Məqsəd isə aydın idi – keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkibindən zorla çıxarılması prosesinə başlamaq. Beləliklə, erməni millətçiləri tərəfindən o vaxtkı Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkibində qala bilməməsinə dair məsələ qaldırıldı. 1988-ci il fevralında Sumqayıtda törədilmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 nəfər həlak oldu, onlardan 26-sı milliyyətcə erməni idi.  Hadisələrlə əlaqədar 444 nəfər məhkəmə qarşısına çıxarılıb, bir nəfər - Əhməd Əhmədov isə güllələnməyə məhkum olunub."
Millət Vəkili Nigar Məmmədova bu sözləri News365.az-a açıqlamasında deyib. 
"Təbii ki, bu məkrli planın reallaşması üçün Sumqayıtın hədəf kimi seçilməsi təsadüfi deyildi.
Sənaye şəhəri olduğu üçün orada əsasən sadə fəhlələrin yaşaması, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlı qaçqınların məskunlaşması təxribatçılar üçün münbit şərait yaradırdı. Beləliklə, Azərbaycana qarşı təxribat aksiyasının məhz bu şəhərdə təşkil edilməsi qərara alınıb, Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən Sumqayıt təxribatının planı hazırlanıb. Erməni xalqının nümayəndələrini qətlə yetirən isə cinayətkar qrupun rəhbəri, xüsusi xidmət orqanları tərəfindən təlimat almış Eduard Qriqoryan adlı şəxs idi. O, cəza çəkmək üçün Ermənistana göndərilsə də sonradan sərbəst buraxıldı. Təbii ki, 10 nəfərə yaxın ermənini öldürən bir qatilin Ermənistanda sərbəst buraxılması təsadüfi deyildi. Çünki Qriqoryan xüsusi tapşırıqları icra edirdi.
Məsələ burasındadır ki, Sumqayıtdan köçüb Ermənistana getmiş ermənilərin bir qismi də dindirmə zamanı azərbaycanlıların onları xilas etmələri barədə ifadələr veriblər. Amma erməni mətbuatı Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi barədə iddiaları bu gün də davam etdirir. Ermənistan uzun illərdir, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir.
Halbuki bu, erməni millətçilərinin törətdiyi cinayət idi.
Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlara ədalətli xüsuqi qiymət verilmədiyindən, əsl sifarişçi və təşkilatçılar məsuliyyətə cəlb olunmadığından  Ermənistan bu hadisədən öz xeyrinə istifadə etməyə çalışır.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığı ilə 5 cinayət işinin icraatı təzələnərək bir icraatda birləşdirilib və yeni istintaq-əməliyyat qrupuna həvalə edilib. Hazırkı İstintaq qrupu tərəfindən aparılmış istintaq nəticəsində də Sumqayıt hadisələrinin həqiqi mahiyyəti, yəni Azərbaycana qarşı qanlı təxribat olması tam sübuta yetirilib.
Sumqayıt hadisələri ilə bağlı ölkəmizə qarşı irəli sürülən iddialar tamamilə əsassızdır və bu, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır."

27-02-2025, 12:58 184

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102