İlham Əliyev Ərdoğanla danışdı


Prezident İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı telefonla zəng edib.
Sumqayit.tv-
in məlumatına görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı ilk növbədə həmin günlərdə həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib. İlham Əliyev bildirib ki, Türkiyə dövlətçiliyinə və xalqına qarşı yönəlmiş həmin xəyanətkar dövlət çevrilişi cəhdinin qarşısının alınmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyət və böyük liderlik müstəsna rol oynayıb.
Dövlət başçısı eyni zamanda qeyd edib ki, həmin tarixi sınaq günlərində xalqın Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi Türkiyə xalqının dövlətçilik yolunda göstərdiyi fədakarlığının bariz nümunəsi olub.
İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi günlərində olduğu kimi, bu gün də Azərbaycanın dost və qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb, ölkələrimiz və xalqlarımız arasında sıx birliyin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıq edib və öz növbəsində Türkiyə-Azərbaycan birliyi və qardaşlığının hər zaman möhkəmlənəcəyinə əmin olduğunu bildirib.
Söhbət zamanı əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.

15-07-2021, 18:10 228

Digər xəbərlər

“Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar-FOTO

Sumqayıtda sakin gecə saatlarında restoranların qarşısındakı səs-küydən şikayətlənir

Bəzi məhsullar bahalaşa bilər

Azərbaycan və Ukrayna bu sahədə əməkdaşlıq edəcək

Vətəndaşlara 122 milyondan çox ƏDV geri qaytarılıb

Sumqayıt” – “Neftçi” matçının stadionu DƏYİŞDİRİLDİ

Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşağın vəziyyəti AĞIRDIR

Sumqayıt sakini dənizdə boğularaq öldü

Sumqayıtda 61 yaşlı kişi sükan arxasında vəfat etdi

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanıldı – ailə mübahisəsi MƏHKƏMƏYƏ GEDİB

Əlil arabasında həyatını kitaba çevirdi – Yusif Əlilinin “Sərhədsiz Həyat” kitabı təqdim edildi

Sumqayıtda 10 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı-SAĞ QALDI

Sumqayıtda 19 yaşlı gənc bədbəxt hadisə nəticəsində öldü

Lionel Messi atasına son vidanı etdi-FOTO

Sumqayıtda gecə saatlarında motosikletlərə qarşı NƏZARƏT GÜCLƏNDİRİLDİ – 30-a yaxın sürücü cəzalandırıldı-VİDEO

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:13
Bu gün, 17:13
Bu gün, 16:01
Bu gün, 15:45
Bu gün, 14:29
Bu gün, 14:25
Bu gün, 13:12
Bu gün, 12:49
Bu gün, 12:35
Bu gün, 12:31
Bu gün, 12:22
Bu gün, 12:00
Bu gün, 10:25
Bu gün, 02:13
Bu gün, 01:49
Dünən, 18:48
Dünən, 13:39
8-08-2026, 18:23
8-08-2026, 16:12
8-08-2026, 15:43
8-08-2026, 12:55
8-08-2026, 11:06
8-08-2026, 11:04
8-08-2026, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
1 2 3 4 5 6 7 8 9 10 ... 1095