Hamamda görüşdüyü sevgilisini şantaj edən müğənni həbs edildi



görüntülərini yayaraq onu şantaj edən gənc müğənni Sahil Naxçıvanlı həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Sahil Naxçıvanlı barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış cinayət işi ilə əlaqədar həbs edilib. Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə ona üç il müddətinə həbs cəzası verilib.
Cinayət işinin araşdırılması zamanı məlum olub ki, S.Naxçıvanlı sosial şəbəkədə tanış olduğu və sevgi münasibəti yaşadığı qızdan hədə-qorxu ilə pul və qızıl alıb. Belə ki, o, bir neçə ay əvvəl “TikTok” sosial şəbəkəsində tanış olduğu Zərifə Xəlilova (şərti ad-soyadlı) adlı qızla münasibət qurub. Həmin vaxt onlar gecə saat 03 radələrində qızın ailəsinin Xırdalan şəhərində yaşadığı evin həyətindəki hamamda gizli görüşüblər. Bu zaman S.Naxçıvanlı qızla birgə görüntülərini çəkib.
Daha sonra onlar Sahilin yaşadığı binada da görüşüblər. Bir müddət sonra isə 28 yaşlı müğənni həmin fotoları sosial şəbəkələrdə yerləşdirib, altından qızın atasının nömrəsini yazaraq haqqında şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. O, fotoşəkillərin mobil telefonundan silinməsi üçün qarşı tərəfdən 5 000 manat məbləğində pul tələb edib. Gənc qız rüsvay olmamaq üçün evdən oğurladığı 1 000 manat pulu və ümumi dəyəri 2 980 manat olan qızılları gizli şəkildə Sahilə verib.
Qızın evdən pul və qızılları gizlin götürməsi üzə çıxandan sonra valideynləri onun Sahil tərəfindən şantaj edildiyini öyrənib, polisə müraciət ediblər.
Qeyd edək ki, S.Naxçıvanlı sosial şəbəkələrdə aktiv müğənnilərdən olub. Onun ifa etdiyi mahnılar “YouTube” platformasında onminlərlə baxış və izləyici toplayıb.

26-10-2022, 16:15 217

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Dünən, 17:37
Dünən, 17:16
Dünən, 14:43
Dünən, 14:30
Dünən, 14:23
Dünən, 10:10
Dünən, 10:05
3-05-2026, 15:47
3-05-2026, 12:56
3-05-2026, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047