“9 min verdim ki, şikayətçi olmasın” - Tamadanı bıçaqlayan şəxs


Ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən “Altun saray” şadlıq evində məşhur tamada, “Laçın” musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin məhkəməsi keçirilib.
Sumqayit.tv-in əldə etdiyi məlumata görə, musiqiçiyə 2 bıçaq zərbəsi endirən 1987-ci il təvəllüdlü Məmməd Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı M.Hüseynov Mikayıl Əliyev küçəsində yerləşən şadlıq evinə orada ofisiant işləyən qardaşı oğlanlarını evə aparmaq üçün gəlib. O, foyedə oturaraq toyun başa çatmasını gözləyib və bu zaman Natiq Dağlaroğlunun onun ofisiant işləyən qardaşı oğlu Yadigarın üstünə qışqıraraq təhqir etdiyini görüb.
Məhkəmədə Məmməd Hüseynov törətdiyi əməli etiraf edib və Natiq Dağlaroğlu ilə yanaşı, onun oğlu Məhəmmədin də onun üzərinə gəldiyini bildirib. O, hadisənin həmin zaman baş verdiyini deyib. O, həmçinin bildirib ki, bıçaqlanmadan sonra qaçıb və xəstəxanaya aparılan Natiq Dağlaroğlunu taparaq ona şikayətçi olmaması üçün 9 min manat verib. Lakin N.Dağlaroğlu pulu alsa da, şikayətini geri götürməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda N.Dağlaroğlu artıq Məmmədlə barışdığını, ondan şikayətçi olmadığını deyib. Tanınmış tamada həmçinin hadisənin ofisianta kobud söz deməsinə görə baş verməsini də etiraf edib: “1 iyul 2022-ci ildə saat 17:30 radələrində restorana toyu aparmağa getmişdik. Restorana daxil olduqda mənimlə birlikdə gələn “Laçın” ansamblı üçün ayrılmış stola yaxınlaşaraq ofisiantdan restoranın administratorunu çağırmağı xahiş etdim. Administratordan stola yemək gətirməyi tapşırmağını xahiş etmək istəyirdim, lakin o gəlmədi. Biz də toy sahibinə zəng edib şikayət etdik. Daha sonra digər administrator yaxınlaşaraq məndən kobud şəkildə toy sahibinə nə üçün zəng etdiyimi soruşdu. Yemək verilmədiyi üçün bəyin qardaşına zəng etdiyimi bildirərək masalardakı boşqabların yığışdırılmasını istədim. Sonra toy mərasimi başladı və 6 saat davam etdi. Toydan sonra bizim zəhməthaqqımızı verdilər. Bundan sonra toyda mənə xidmət göstərmiş ofisianta və digər xidmət göstərmiş şəxsə bəxşiş olaraq 20 manat pul vermək üçün zala daxil olmaq istədikdə sonradan adının Yadigar olduğunu bildiyim şəxs məni qarşıladı və söhbət etməyə başladı. Onun danışıqları məndə pis təəssürat yaratdığından aqressiv danışmağa başladım, təhqir etdim. Sonradan adının Məmməd olduğunu bildiyim şəxs bu sözləri eşitdikdə bizə tərəf yaxınlaşaraq mənə uşaqla niyə bu cür danışmağımın səbəbini soruşdu. Ondan kim olduğunu soruşduqda, həmin şəxs uşağın əmisi olduğunu dedi və ona “get, işinlə məşğul ol”,- deyə bildirdim”.
Bundan sonra tərəflər arasında dava-dalaş yaranıb. Atası Natiq Dağlaroğlunu şadlıq evindən götürməyə gələn oğlu Məhəmməd də davaya qarışıb və o da xəsarətlər alıb.
Bakı Ağır Cinaytlər Məhkəməsinin 31 yanvar tarixli hökmü ilə N.Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynova 3 il müddətinə həbs cəzası verilib. /Qafqazinfo/

3-02-2023, 14:08 200

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101