Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Qəhrəmanraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 12 yaşlı qızı sağ çıxarıb.
Sumqayit.tv report.az-a istinadən xəbər verir ki, Azərbaycan xilasediciləri şəhər ərazisində yerləşən binaların birinin dağıntıları altında qalmış yeniyetməni çıxararaq aidiyyəti üzrə təhvil verib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.