Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva yardım etmək istəyənlərə çağırış edib.
Sumqayit.tv xəbər verir ki, yardımların toplandığı Heydər Əliyev adına İdman Kompleksindən video-müraciət yayan millət vəkili zəlzələ bölgəsində çadırlara ciddi ehtiyac olduğunu deyib.
“İmkanı olanlar dəstək olsun!” – millət vəkili bildirib.
Qeyd edək ki, millət vəkili ötən gün könüllülərlə birgə yardımların çeşidlənməsinə kömək etmək üçün Heydər Əliyev adına İdman Kompleksində olub.