Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, qəza Azadlıq prospekti 3 ünvanında qeydə alınıb.
Belə ki, yolu keçərkən 1985-ci il təvəllüdlü Əhmədova Günel Ramiz qızını minik avtomobili vurub.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.