Türkiyədə zəlzələ zonasında həyat möcüzələri davam edir.
Sumqayit.tv xəbər verir ki, növbəti belə hadisə Adıyamanda yaşanıb. Burada 77 yaşlı Fatma Güngör Merve yaşayış binasının dağıntıları altından sağ çıxarılıb.
Qoca qadın dağıntılar altında düz 212 saat keçirib.
Sağ-salamat çıxarılan Güngör təcili yardımla xəstəxanaya aparılıb.